Kinbek xəstəliyi necə yaranır?

Kinbek xəstəliyi necə yaranır?

Kinbek xəstəliyi insanın sümük toxumasının strukturunu dəyişməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəlik onu ilk dəfə kəşf edən avstryalı həkim Kinbekin şərəfinə adlandırılmışdır. Xəstəlik sümük toxumasının əriməsi nəticəsində oynaq sümüklərinin tam və ya hissəvi məhv olmasıdır. Xəstəliyin əmələ gəlməsinə sümük toxumasının müxtəlif travmalar nəticəsində nekroz toxumayla əvəz edilməsi səbəb olur. Kinbek xəstəliyinin klinikası osteoxondropatiyaların klinikasına bənzəyir. Xəstəlik zamanı xəstə sümük toxuması yerləşən nahiyyədə ağrı hissi, ağırlıq hissi, gərginlik, zəiflik hiss edir. Zədələnmiş sümük toxuması olan hissə ağırlığa davam gətirmir. Əgər əl və ya qol nahiyyədə xəstəlik əmələ gələrsə, həmin hissədə olan qolun yük götürmə qabiliyyəti olmur. Sakitlik şəraitində belə həmin sümüklərdə qəfil ağrılarla rastlaşmaq olur. Xəstəliyin dərəcəsi nə qədər ağır olursa, olsun dəri toxumasında heç bir patologiya görünmür.


WSEMIR.COM bildirir ki, xəstəliyə diaqnoz qoymaq üçün rentgenoqrafiyanın nəticələri əsas götürülür. Rentgendə xəstəliyə uğramış sümükləri deformasiyası, kiçilməsi və kövrəkləşməsi görünür, sümük toxumasının struktur dəyişikliyə uğraması aydınca hiss olunur.
Kinbek xəstəliyinə tutulan adamlar qəfil hərəkət etdikləri zaman sümüklərində sınmalar və çatlamalar baş verir.
Sümük toxumasında baş verən bu xəstəliyin diaqnozi vaxtında müəyyən edilərsə, müxrəlif fizioteratevtik müalicələrlə və dərman müalicəsi ilə xəstəliyin irəliləmə sürətini azaltmaq mümkün olur. Əgər xəstəlik irəliləmişsə, xəstəyə fiziki aktivlik zamanı diqqətli olmaq tapşırılır. Sınıqlar meydana gəldiyi zaman gips sarğısı tərtib edilir.

Mənbə: Metbuat.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...