Avtomobillər və qapı zəngləri birləşdi - VİDEO

Avtomobillər və qapı zəngləri birləşdi - VİDEO

Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı səyahətdə olan zaman poçtalyon və kuryerlərlə əlaqə saxlamağa imkan verəcək avtomobil və ev arasında yeni rabitə sistemi təqdim edib.



WSEMIR.COM bildirir ki, internet mağazaları və "Əşyalar interneti" texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə "ağıllı" həllər təqdim etməyə məcbur edir. "Volkswagen" şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem "ağıllı" qapı zənglərinin istehsalı ilə məşğul olan "DoorBird" şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.

Alman şirkətinin yeni avtomobilləri "DoorBird" şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.

Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.

Mənbə: Milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...