Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Tez-tez ətirlərin saxta versiyalarıyla qarşılaşırıq. Bəzən də olur ki, baxırsan eyni ətir az qala ikiqat ucuzdur, rəngi, iyi eyni, üzərində Made in France yazılıb, qalıcılığı normaldır... Amma, bizi bu ətrin orijinal olub-olmamasıyla bağlı şübhələr yenə də rahat qoymur. Ona görə də bu gün sizinlə orijinal ətri saxtadan ayırmağın yollarını paylaşırıq



1. Selofan üzlük


Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Ətri dərhal qoxlamaq mümkün olmadığı üçün, onu vizual olaraq yoxlamağa çalışmaq lazımdır. Əgər qablaşdırma selofan üzlüklə örtülübsə, bu üzlük qablaşdırmaya kip oturmuş olmalıdır. Üzlük yapışdırma üsulla deyil, termo üsulla bərkidilməlidir. Unutmayın ki, orijinal ətirlər heç vaxt qalın selofan üzlükdə olmurlar.

2. Qutu

Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Qutunu diqqətlə nəzərdən keçirin. Ən azı ətrin adına fikir verməklə başlaya bilərsiniz. Saxta ətirlərdə tez-tez nəzərinizdən qaçacaq şəkildə bir və ya bir neçə hərf ixtisar edilir və ya dəyişdirilir. Əgər bunlardan heç biri yoxdursa, digər üsullara keçirik.Əsl fransız ətirlərində siz "parfume" sözünü heç vaxt tapmayacaqsınız, çünki bu sözün yeganə düzgün yazılış forması "parfum"dur. Qutunun üzərində təkcə istehsal olunduğu ölkənin adı deyil, həmin ölkədə istehsal olunduğu yazılmalıdır. Yəni, təkcə "Italy" deyil, "Made in Italy" yazılmalıdır. Orijinal qutuda mütləq istifadə tarixi, istehsalçı ölkə, ətrin tərkibi, tutumu göstərilməlidir.


3. Barkodlar

Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Ştrix kod simvolikasını mütləq yoxlayın. Bunun üçün telefonunuza lazımlı tətbiqlərdən birini yükləməyiniz kifayətdir. Bu tip tətbiqlər barkodları oxuya və istehsalçı haqqında məlumat verə bilir. Bundan başqa, recycling (dairəvi ox formasında təkrar istehsalat işarəsi) işarəsinə də fikir verin. Bu işarə aydın görünməlidir, lakin qalın olmalı deyil. Flakonun üzərində də seriya nömrəsi göstərilə bilər. Bu seriya nömrəsi silinməməlidir. Bunu isə yoxlamaq asandır. Sadəcə barmağınızla üzərinə möhkəm sürtün.

4. Əlavə konstruksiyalar

Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Qutunun içində flakonu möhkəm tutması üçün karton əlavələr olur. Bu əlavələr müxtəlif formada olsalar da, orijinal ətirlərdə mütləq mövcud olurlar.

5. Rəng


Orijinal ətri saxta ətirdən ayırmağın 5 yolu

Əgər sevimli ətrinizin rəngi tünddürsə, rəsmi vebsaytda yayımlanan fotosuyla əlinizdəki ətrin rəngini müqayisə edin. Ümumi götürsək, adətən məşhur ətir markalarının rəngləri daha zərif olur, kəskinlikdən uzaq durulur.

Mənbə: Pahoo.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...