iPhone’un orijinal, yoxsa saxta olduğunu öyrənməyin yolları

iPhone’un orijinal, yoxsa saxta olduğunu öyrənməyin yolları

Apple məhsulları məşhurlaşdıqca, onların saxta versiyaları da artmağa başlayır. Əsasən də Çində istehsal edilmiş smartfonlar istifadəçiləri çaşdıracaq dərəcədə professional hazırlanırlar. Əgər bir neçə il öncə saxta telefonları korpusdakı xarakterik çat və ya keyfiyyətsiz displey fotosuyla tanımaq mümkün idisə, indi artıq saxtakarlar daha oxşar nüsxələr istehsal edərək, istifadəçiləri yanıltmağa nail olurlar. Bəs bu tələlərə düşməmək üçün nə etmək və nələri bilmək lazımdır?




İlkin olaraq, ən yaxşı yol iPhone’u rəsmi dilerdən almaq və ya Apple’in rəsmi vebsaytından sifariş etməkdir. Lakin yaşadığınız ölkədən və şərtlərdən asılı olaraq, bu variant sizə uyğun deyilsə, brend üçün xarakterik olan əsas əlamətləri bilməyiniz kifayət edəcək ki, saxta telefonu orijinaldan ayıra biləsiniz.

Beləliklə, Pahoo.az aldığınız Apple markalı smartfon və ya planşetin orijinal və ya saxta olduğunu müəyyənləşdirmək üçün yoxlamalı olduğunuz şeyləri sizə təqdim edir.

Seriya nömrəsini yoxlayırıq

iPhone almağa getdiyinizdə, yanınızda internetə çıxışı olan telefon və ya planşet götürməyi heç vaxt unutmayın. Bu aldığınız cihazın orijinal olduğunu dəqiqləşdirmək üçün olduqca vacibdir.

Nə etmək lazımdır?

iPhone ayarlarına daxil olun, Settings-General-About keçidləriylə, Serial Number bölməsini seçin. Özünüzlə gətirdiyiniz cihazdan bu keçidə daxil olun. Bu keçid sizi Apple şirkətinin rəsmi vebsaytında seriya nömrələrinin yoxlanılması üçün nəzərdə tutulan bölməyə çıxaracaq. Cihazın seriya nömrəsini qeyd etməyinizi tələb edən pəncərədə almağı düşündüyünüz cihazın seriya nömrəsini qeyd edin və davam etmək düyməsinə basın. Əgər iPhone Çin istehsalı deyilsə, siz onun modeli və haqqında olan digər məlumatları ekranda görəcəksiniz. Yox əgər telefonunuz Çin istehsalı saxta smartfondursa, ekranda bu yazılar peyda olacaq: “Təəssüf ki, bu seriya nömrəsi düzgün deyil. Məlumatlarınızı yenidən yoxlayın və bir daha cəhd edin.” Bu halda, həmin telefonu almamağınız məsləhətdir, çünki açıq-aydın saxta olduğu aşkarlanmışdır. Lakin, seriya nömrəsini yazarkən də ehtiyatlı olmağı unutmayın. Çünki bir rəqəm səhv yazmaqla, siz qarşınızdakı satıcı haqqında gərəksiz pis düşüncəyə qapılmış ola bilərsiniz.

Mənbə: Pahoo.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...