Ölümsüzlük mümkündürmü?

Ölümsüzlük mümkündürmü?
Hər zaman gənc qalmağınızı təmin edəcək bir həll olsaydı, bunu rədd edərdiniz? Çoxumuz bir ömürdə etmək istədiyi hər şeyi çatdıra bilməyəcəyini düşünür. Yaxşı ölümsüzlüklə əlaqədar tədqiqat və cəhdlər bir gün həqiqətən nəticə verə bilərmi? Ölümsüzlük mümkündürmü? Bu ancaq edilən kəşflərdən asılı olaraq dəyişə bilər.

Budur, yaşlanmağı aradan qaldıra biləcək 5 texnologiyanı sizə təqdim edirik.
3D Print orqanlar

Bu cür 3D print orqan almağa, yəni canlı hüceyrələrdən ibarət olan bir orqan meydana gətirməyə bioprinting deyilir. İstehlakçı səviyyəsindəki 3 ölçülü yazdırmayla bir çox ortaq nöqtəsi olan bu üsul, biopsiya və ya kök hüceyrə yoluyla əldə edilən insan hüceyrələrini istifadə 3 ölçülü hüceyrələr meydana gətirə bilir. Həkimlər, bu 3D hüceyrələrin insan bədənindəki toxumalarla inteqrasiya olmasına ümid edirlər.

Gənc qan proteinləri

Keçən ilin sonlarındakı bir tədqiqatın nəticələrinə görə, gənclərin qanlarının yaşlanma prosesini dayandırmaq mümkündür. Hətta, yaşlı olanlarda müddəti geriyə doğru işlətmək mümkündür. Bunun üçün yalnız qan nəqli kifayət edir. Siçanlar üzərində aparılan tədqiqatlarda, gənc siçandan yaşlı siçana edilən qan nəqli nəticəsində cavanlaşma əlamətləri müşahidə edildi.

Siçanlar 2 il, sarıbülbüllər 15 il, yarasalar isə 50 il yaşayır. Bəs aradakı bu fərq nədən qaynaqlanır? Araşdırmalara görə, bu fərq genlərin bir və ya bir çoxunda gizlidir. Bu “yaşlanma genləri” tapılsa, onları söndürmək şansımız mövcuddur. Bu cür genetik modifikasiyaya “gen terapiyası” adı verilir.

Anti-Aging həbləri

Google’a aid Calico kimi səhiyyə firmaları ölümsüzlüyə qovuşmağımızı təmin edəcək həbi reallığa çevirmək üçün işləyirlər. İşlər hələ başa çatdırılmamış olsa da, doğru istiqamətdə irəlilədiyimizi deyə bilərik. Sirolimus adı verilən qarışıq, maya, soxulcan və siçanların ömrünü uzada bilir. Ancaq sirolimus’un çox sayda yan təsiri olduğundan ideal bir həll olduğunu demək çətindir. Bununla birlikdə son araşdırmalarda Everolimus’un yaşlanma təsirlərini qismən geri döndürə bildiyi məlum oldu. İndiyə qədər kəşf edilənlər bir yana, yaxın bir gələcəkdə kəşf ediləcək daha çox dərmanla yaşlanmanın qarşısını almağımız mümkün ola bilər.

Ağıl nəqli

Bu fikir hələ fərziyyə olmaqdan çox irəli getmir, ancaq yenə də üzərində düşünməyə dəyər. Ağıl nəqlində şüurunun və yaddaşınız beyninizdən kompüterə köçürülür. Bunun üçün təklif edilən iki üsul var. Birincisində bütün beyninizin son elektronuna qədər qüsursuz olaraq kopiyalanması və bütün bunların bir informasiya cihazında təkrar yaradılması var.

İkinci üsul isə, beyninizdəki bütün neyronları müəyyən zamanla bioloji olmayan, ancaq qüsursuz bir alternativlə dəyişdirməyi nəzərdə tutur.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...