Turistlərin ən çox sevdiyi 10 şəhər

Turistlərin ən çox sevdiyi 10 şəhər

Qum, günəş, dəniz - bu üçlüyün dəbdə olduğu günlərdə səyahətlərin də sayı artıb. Bəs dünyanın ən çox səyəhət edilən şəhərləri hansılardır? Dünyada görülməsi gərəkən bir birindən gözəl yerlər var. ANS PRESS insanların ən çox səyahət etdikləri və görmək istədikləri şəhərləri təqdim edir.

10. Praqa
Hitlerin belə bombalamağa əli gəlmədiyi Praqa dünyanın ən gözəl, intellektual, möhtəşəm şəhərlərindən biridir. Yüz illərdir fasiləsiz nümayiş etdirilən opera, baletlər, rəngli gecə həyatı, ədəbi məclislərin məkanıdır. Kənardan soyuq və əlçatmaz görülən şəhər turistlərə tamamilə fərqli hisslər yaşadır.
Turistlərin ən çox sevdiyi 10 şəhər

9. Kapri
Aralıq dənizindəki Kapri adası qədim Romanın izlərinin daşıyıcısıdır. Dünyaca məşhur mağaralar və qayalıqlara sahibdir. Ucsuz bucaqsız mavi suların qoynunda, üzünüzü oxşayan xəfif rüzgarın hakim olduğu adadan insan ayrılmaq belə istəmir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

8.Phuket
Romantizm qoxulu tətil istəyənlər üçün düzgün seçimdir. Cənubi Asiyanın ən gözəl adalarından biridir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

7.Mykonos
Egey dənizinin sahillərində, Mykonos qranitdən ibarət olan təbii quruluşu ilə görənləri heyrətə salır.
Turistlərin ən çox sevdiyi 10 şəhər

6.Barselona
Bu şəhərdə sənət gündəlik həyatla birləşib. Barselona hər kəsin xəyalının bəzəyən şəhərdir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

5.Nyu York
Nyu Yorkda həyat dayanmır. Gündəlik dinamik və sürətli həyatın olduğu şəhərin hər nöqtəsi ayrı bir əyləncə deməkdir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

4.London
Tarixini qorumaqla, ən müasir şəhərlərdən biri olan London muzeyləri, parkları sizi özünə heyran edəcək
Turistlərin ən çox sevdiyi 10 şəhər

3. Paris
Paris eşqin, sevginin, romantikanın şəhəridir və dünyada hamı ömründə bircə dəfədə olsa bu möhtəşəm şəhərin havasını udmaq istəyir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

2. Florensiya
Bir çoxları bu şəhəri "əsl İtaliya" və ya "açıq hava altında heykəllər muzeyi" adlandırır. İnsanın ağlını başından alan yüzlərlə tarixi abidə, intibah dövrünün canlılığını qoruyan əsərləri və şəhəri iki hissəyə bölən Arno çayı qədimliklə-müasirliyin vədhətindən ibarət möhtəşəm görüntü yaradır.
Turistlərin ən çox sevdiyi 10 şəhər

1.Venesiya
Bu şəhərin hər küncü sürprizlərlə doludur. Dünyada ən çox turist axınan məruz qalan möhtəşəm şəhərdir.
Turistlərin ən çox sevdiyi 10 şəhər

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...