Qadının ən böyük günah aləti... - FOTOLAR

Qadının ən böyük günah aləti... - FOTOLAR

Bir çoxları dekolteni qadınların ən böyük “günah aləti” adlandırır. Çünki kişini ilk baxışdan heç nə dekolte qədər cəlb etmir. Dekolte qadın geyimində kişi üçün ən cəzbedici və dəfedilməz təsir bağışlayan detaldır. Dərin dekolte həmişə qadını gözəl və cazibədar göstərir.



Tarixən də dekolte müstəsna cazibə hesab olunub. Orta əsrlərdə dekolte geyinmək yolverilməz idi. Bu cazibə uzun illər, elə indinin özündə də dində yasaq olub. Təbii olaraq bütün qadınlar gözəl görünmək naminə sinəsini açmaq uğrunda mübarizə aparıb. Öz hüquqlarını müdafiə edən qadınlar bu yolda bir çox çətinliklərlə qarşılaşıblar.

Paltarda dekoltenin tarixi olduqca qədimdir. Əslində, ibtidai insanlar ancaq bədənin müəyyən hissələrini örtən geyimlər geyinirdilər. Bu cür geyimlərə e.ə. XVII əsrdə Krit adasında tapılan Misir ilahələrinin təsvirlərində rast gəlmək olar.

İndi hamımızın bildiyi dekoltenin yaranması 14-cü əsrə təsadüf edir. Onda xanımlar artıq hündürdaban ayaqqabı geyinmək hüququna tam nail olmuşdular. Düzdür, ruhanilər onları qəbul etmək istəmirdi. Hesab edirdilər ki, qadınlar qadağan olunmuş qaydadan həzz almaqla iblisə xidmət edir. Amma o dövrün əxlaq keşikçilərinin heç ağlına da gəlməzdi ki, qadınlar nə vaxtsa, daha da irəli gedərək dekolte geyinmək istəyəcəklər. Hətta qamçı cəzası və təhdidlər də "həyasızları" yolundan döndərə bilmədi.

İlk çox açıq olmayan dekolte yalnız paltarın boynunun arxasında tətbiq edilirdi. Bu kiçicik kəsiyi "dekolte" adlandırırdılar. Bu söz tərcümədə "boynu kəsirəm" deməkdir. Sonra kəsik dərinləşdi, bir qədər də aşağı endi.

İntibah dövrünün insanların dünyagörüşünə təsiri nəticəsində dekolteyə olan mənfi münasibət də dəyişmişdi. İnsanlar artıq qadın bədənini Allahın gözəl əsəri kimi qəbul edirdilər. Rəssamlar və heykəltəraşlar öz əsərlərində onu böyük məmnuniyyətlə tərənnüm etmişdi. Sinədə dərin dekolte dəbi də məhz o dövrdə yaranıb. İntibah dövrü dərzilik sənətinin inkişafı ilə bağlıdır.

Belə hesab olunurdu ki, dekolteni dəbə Fransa kralı VII Karlın sevgilisi Anqnessa Sorel gətirib. Günlərin bir günü Karlın cəsarətli məşuqəsi sinəsinin gözəlliyini vurğulamaq məqsədi ilə dekolteni paltarın ön hissəsində tətbiq etməyə qərar vermişdi. Deyilənlərə görə, Jan Fukenin “Madonna” rəsmində Aqnessa Soreli təsvir edib.

İlk vaxtlarda dekoltenin kənarlarından dəbdəbəli alt paltarlarının hissələri görünürdü. Çox cazibədar olsa da, dövr üçün böyük sensassiya idi. Bununla belə, renessans dövründə dekolte detallı qadın paltarları adi hal almışdı. Seksual inqilab zamanı dekolte qadağası öz əhəmiyyətini tamamilə itirmişdi.

17-ci əsrdə paltarlardakı yarıqlar getdikcə daha geniş və dərin idi. Yeri gəlmişkən, bu imtiyaz yalnız kübar cəmiyyətin xanımlarına verilmişdi.Onlar boynu və sinəni açmaqla sağlam və təmiz dərini nümayiş etdirirdilər. Qadınlar bununla sanki sağlam və heç bir dəri xəstəliklərindən əziyyət çəkmədiklərini çatdırmaq istəyirdilər.

18-ci əsrdə xanımlar dekolteni ədəb qaydalarını pozmadan, həddini aşmadan geyinməyi öyrənmişdi. Onlar paltarın açıq yerinə xal çəkir, dekoltenin üstündən şəffaf baş yaylığı ataraq bu sirli detalla kişi baxışlarını daha çox cəlb edirdi.

19-ci əsrdə qadınların gündüz və axşam geyimləri bir-birindən fərqlənirdi. Axşam tualetləri bütün gözəlliyi çox açıq şəkildə nümayiş etdirməyə imkan verirdi. Beləliklə, dekolte daha çox axşam geyimləri üçün xas olmağa başladı. Qadın geyiminin ayrılmaz hissəsi olan dekolte bütün təntənəli nümayişlərdə dünya ulduzlarının ən güclü və təsirli silahıdır. Müasir modapərəstlər yalnız sinə dekoltesi ilə kifayətlənmir, dərin kəsiklər beldə, göbək hissədə də müşahidə olunur. Hazırda dekolte seksual təxribat halını alıb. Lakin həddi aşmamaq şərti ilə dekolte geyinmək indi qətiyyən qəbahət sayılmır. Dekolte geyinməyin əsas qaydası - heç vaxt ölçü hissini itirməməkdir.


Dekolte növləri
Dekolte özü də kəsim formasına görə bir neçə növə ayrılır. Dekolteni aşağıdakı növlərə ayırmaq olar: asimmetrik formada, balerina - öndə və arxada yerləşən yarımdairəvi kəsik, ürəkvari, kvadrat, dəyirmi, oval, düzbucaqlı, V şəklində və.s dekolte. Dekolte axşam, kokteyl geyimləri ilə yanaşı, yay mövsümündə də tam yerinə düşər: həm gözəl görünür, həm də istinin təsirini azaldır.

Dekolteni fərdi xüsusiyyətləri nəzərə alaraq, xarici görkəmi və bədən quruluşuna uyğun seçmək etmək tövsiyə olunur. Çünki kəsiyin köməyi ilə insan bədəninin proporsiyasılarını və formasını vizual düzəltmək olar. Yumru sifətli qadınlara düzbucaqlı, dördbucaqlı və ya üçbucaq şəklində dekolte paltar geyinmək tövsiyə olunur. Əksinə, düzbucaqlı üz quruluşuna malik olan xanımlar üçün girdə və oval nümunələr uyğundur. Bu kəsim sərt üz cizgilərinə malik olan xanımların ifadəsini yumşaldır. V şəklində dekolte çiyinlərin enini vizual olaraq azaldır. Geniş kəsiklər armud tipli geniş ombaların formasını bədənin yuxarı hissəsi ilə mütənasib göstərir. Dərin dekolte sinənin gözəlliyini vurğulayaraq diqqəti bədəninin digər hissələrindən yayındıracaq. Bu, alma tipli qalın beli və böyük qarnı olan xanımlara tövsiyə olunur. Kiçik sinəyə sahib olan xanımların dekoltedən çəkinməsi lazımdır.

Mövzuya aid fotolar:

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...