Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Hansı ölkədə nəyi hədiyyə etmək olmaz?!

Fransa.
Məsələn Fransada ailəli qadına başqa kişi tərəfindən ətir hədiyyə etmək ədəbsizlik sayılır. Bunu hədiyyəni onun həyat yoldaşı edə bilər.
Fransız qadınlara həmçinin xrizantema, qərənfil və qırmızı qızıl gül hədiyyə etmək də düzgün hesab edilmir.

Almaniya.
Bu ölkədə dəftərxana ləvazimatları hədiyyə etmək düzgün deyil və xüsusən də gündəlik tələbatları. Bu almanca qeyri dəqiq (qeyri punktual) olmasına işarə ola bilər.
Avropa Feministlərinə mətbəx ləvazimatı hədiyyə etmək heç də düzgün sayılmır.

ABŞ
Bu ölkədə son zamanlar qəbzi üzərində olan hədiyyələr verirlər. Bu da hədiyyə alanın bəyənmədiyi halda onu dəyişə bilməsi üçündür. Buna görə xüsusən Milad bayramından sonra ABŞ mağazalarında mal dəyişdirən insanların sırası yaranır.

ÇİN.
Çinli bəylərə silah suvenirləri (xəncər, bıçaq, tapança) hədiyyə etmək düzgün sayılmır. Bu dostluğun bitəcəyinə işarədir. Qadınlara isə sarı və ağ güllər hədiyyə etmək düzgün hesab edilmir. Bunlar yas mərasiminin simvoludur.
Çinlilərə yer, divar və masa saatı hədiyyə etmək olmaz. Ancaq qol saatı olar.
Çinliyə yumurta da hədiyyə etmək olmaz. Hətta pasxa bayramı yumurtası da. Bu axmaqlığa işarədir.
Ördək suveniri də çinlini təhqir edə bilər. Belə ki Çində kişi-fahişələrini ördək adlandırırlar.
Çinli hədiyyəni almadan qabaq üç dəfə ondan imtina edir və 4-cü isrardan sonra götürür.

Yaponiya.
Yapona heç bir səbəbsiz hədiyyə almaq olmaz. Bu onu narahat edə bilər.
Yeni ildə bahalı hədiyyə almaq düzgün deyil bu onlar üçün xüsusi bayram deyil. Hədiyyəni isə gecikdirmək hörmətsizlik sayılır. Yapon üçün ən pis hal isə onun təbrik etməyi unutduğu adamdan hədiyyə almaqdır.
Yapon uşaqlarına yeni ildə şirniyyat və oyuncaq hədiyyə etmək düzgün hesab edilmir. Həmin gün onlara içində zərf olan pul hədiyyə edilir.
Yaponlarda adətən yüksək vəzifəli şəxslərə delikates meyvələr hədiyyə etmək düzgün sayılır. Məsələn qara qarpız və ya 2 Yubari qovunu. Yaponlarda 4 və 9 sayda olan əşyalar hədiyyə etmək düzgün deyil. 4 ölüm, 9 isə ağrıya işarədir. Gül rənglərində də yaponlarda həssaslıq çinlilərdəki kimidir.

Koreya.
Koreyalılarda qırmızı rəng ölüm və qana işarədir. Ona görə də bu ölkədə qırmızı hədiyyələr etmirlər açıqcalarda isə qırmızı rəngi olmayanlardan istifadə edirlər və sağ adamların adını qırmızı mürəkkəblə yazmırlar.
Sevgililər bir-birinə ayaqqabı hədiyyə etmirlər.
Heç vaxt heç kəsə burun dəsmalı hədiyyə etmək olmaz.

Vyetnam.
Vyetnamlılara da saat, bıçaq hədiyyə etmək olmaz. Onlara həmçinin pişik hədiyyə etmək olmaz. Çünki pişik miyovuldaması Vyetnamca kasıblıq sözünə oxşayır.
Pul hədiyyə etdikdə isə onlar mütləq qırmızı zərfdə olmalıdırlar. Bu zənginliyə işarədir.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...