Bölmə: Maraqli

Azərbaycanda mağazanın soyunma otağında gizli kamera



Sabirabadda sakinlərin qəzəbinə səbəb olan rüsvayçı bir faktın üstü açılıb. Belə ki, şəhərin mərkəzində yerləşən "KRAL” geyim mağazasının soyunub-geyinmə otağında gizli kameranın yerləşdirildiyi üzə çıxıb. 

Hadisə qadın geyimlərinin satışıyla məşğul olan "KRAL” mağazasında baş verib. Maraqlıdır ki, həmin mağazanın sahibi də xanımdır. Görəsən, sahibi qadın olan qadın geyimləri mağazasında qadınları niyə izləsinlər ki?

Əldə etdiyimiz məlumatda Hacı Arifə kimi tanınan sahibkar xanımın bulanıq keçmişi var. Lakin qadınların izlənmə həvəsinin onun nə keçmişi, nə də indisi ilə əlaqəsi var. Belə ki, bu oyun qadının övladlığa götürdüyü Hüseynin başının altından çıxıb. Qudurğan olduğu söylənən 19 yaşlı gənc soyunub-geyinmə otağına kamera qurub qızları pusurmuş...

Məlumata görə, mağazada çalışan qızlardan biri bundan duyuq düşsə də, işin üstünü xadimə açıb. Kameranı otaqda görən xadimə bu haqda mağazadan alış-veriş etmək istəyən bir qızın nişanlısına deyib. Qızın nişanlısı məsələni araşdırıb və Hüseyn iş başında yaxalanıb. Hüseynin əzişdirilməsi ilə başlayan olay sonradan bir az da böyüyüb. Hadisə rayon camaatının narazılığına səbəb olub və onlar Arifənin evinə hücum edib. Hacıxanımı da döyən yerli əhalinin məsələ ilə bağlı narahatlığının davam etdiyi bildirilir. Rayonda Arifənin öldürülməsi ilə bağlı şayiə də yayılıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. Polis şöbəsinin təhqiqatçısı Möhlət Bayramov bildirib ki, faktla bağlı araşdırmaya sahibkarın müraciəti əsasında başlanıb: 

"Polisə sahibkar özü müraciət edib. O, rayonda onun mağazasının geyinmə otağına kamera yerləşdirilməsi ilə bağlı şayiələr dolaşdığından belə bir addım atdığını bildirib. Sahibkar müraciətini də bu söz-söhbətin onun işgüzar nüfuzuna xələl gətirə biləcəyi ilə əsaslandırıb. Biz aşkarladıq ki, obyektdə 16 kamera var. Lakin geyinmə otağında hər hansı kamera aşkarlanmayıb. Kameraların son 15 günlük yaddaşını şəxsən yoxlamışam. Deyilənlərlə bağlı hər hansı görüntüyə rast gəlməmişəm”

Sakinlər isə polisin yalan danışdığını, "hörmət” müqabilində sakitlik yaratmaq istədiklərini bildiriblər. Onların sözlərinə görə, kamera həmin otaqdan məsələnin üstü açılandan sonra götürülüb/aznews/. 

Mir.Az
Tarix: 1-06-2013, 16:06 Bölmə: Maraqli965 Nəfər oxuyub
  • Beğenmedim
  • 0
  • Beğendim

   Mənbə:

  Celal Mir


Bu xəbər üçün ilk şərhi siz yazın

Xəbərlər haqqında şərh yazın

Sizin adınız:
E-Mail adresiniz:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | Smile əlavə et =) Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Bu bölməyə aid digər xəbərlər

Qadınlar da aldadır,ancaq daha ağıllı yolla

Hər zaman insanlar kişilərin aldatmağından danışır.Lakin heç də düşünüldüyü kimi deyil.Qadınlar daha çox aldadırmış....
Bölmə: Qadin dunyasi

Mağazanın soyuducusundan iki körpənin donmuş meyiti tapıldı

Rusiyanın Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanları dəhşətli cinayətlə bağlı araşdırma aparır...
Bölmə: Dünyadan

İnəyə təcavüz etdi - İNANILMAZ OLAY

Bu hadisə Türkiyədə baş verib....
Bölmə: Ordan Burdan

Qadınlar hərbçi kişiləri niyə xoşlayırlar?

Psixoloqlar qadınların niyə hərbi geyimdə olan kişiləri xoşladıqlarını müəyyənləşdiriblər...
Bölmə: Qadin dunyasi

Qadınlar işləməlidir, ya yox?

Hazırda dünyada, o cümlədən ölkəmizdə çalışan qadınların sayı getdikcə artmaqdadır....
Bölmə: Qadin dunyasi

Bakıda qanlı olay

Biləcəridə 37 yaşlı kişinin qanı töküldü...
Bölmə: Xəbərlər / Kriminal
myWAP