Aya ilk özəl missiyanın göndərilməsi 2017-ci ildə gözlənilir

Aya ilk özəl missiyanın göndərilməsi 2017-ci ildə gözlənilir

İsrailin “SpaceIL” korporasiyası ABŞ-ın "Spaceflight Industries” şirkəti ilə Aya kosmik aparatın “SpaceX Falcon 9” raketdaşıyıcısı vasitəsilə çıxarılmasına dair saziş imzalayıb. Bu barədə MiR.Az Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin saytına istinadən məlumat verir.

“SpaceIL” aparatının "Falcon 9” raketdaşıyıcısında kosmosa tək göndərilməsi nəzərdə tutulmur. Belə ki, xüsusi kapsulda aparatdan başqa bir neçə peyk olacaq. Kapsul raketdaşıyıcısından ayrılan kimi “SpaceIL” aparatı Ay səthinə yönəldiləcək.

“SpaceIL” nəzərdə tutulan layihəni həyata keçirə bilsə, o, Ay səthinə eniş edən azsaylı ölkələr sırasına qoşulacaq. Hazırda bu ölkələrə Rusiya, ABŞ və Çin aiddir.

Özəl investorlar tərəfindən maliyyələşdirilən “SpaceIL” qeyri-kommersiya təşkilatıdır. Sərmayədarlar indiyədək layihənin həyata keçirilməsi üçün 50 milyon dollar xərcləyiblər.

"Hi-News” yazır ki, "XPRIZE” müsabiqəsində qələbə yatırılan vəsaitlərin bir qismini qaytara bilər: "Lakin müsabiqədə qalib gəlmək üçün özəl şirkət aparatı uğurla Aya çıxarmalı və Ay səthində minimum 500 metr məsafə qət etməli, daha sonra yerin video və fotoşəkillərini yüksək təsvir ölçüsündə Yerə ötürməlidir. Aya missiyanın 31 dekabr 2017-ci ilədək həyata keçirilməsi planlaşdırılır".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...