Türkiyəli orta məktəb şagirdi "Apple" şirkətinə oyun satdı


Türkiyəli orta məktəb şagirdinin hazırladığı "My Planet Needs Me" adlı oyun "Apple” tərəfindən qəbul edilərək "App Store”də satışa çıxarılıb. Bu barədə "Anadolu” agentliyinə danışan 14 yaşlı Dağhan Ege Koç 9 yaşından bəri kompüter oyunları oynadığını, bir müddət sonra isə smartfon və İpad kimi cihazlarla maraqlanmağa başladığını deyib. "Daha sonra məndə oyun hazırlamaq arzusu yarandı. Ailəmlə danışdım, mənə etimad göstərdilər və dəstək verdilər. Özümü inkişaf etdirməyim üçün məni xaricdə kursa yolladılar”. 

Kompüter sahəsində inkişaf etmək istədiyini deyən türk şagird hazırladığı oyunun çox satılması kimi bir məqsədinin olmadığını, bunun sadəcə bu sahədə atılmış ilk addım olduğunu bildirib. Kompüter oyunlarının Türkiyədə az inkişaf etdiyini deyən Dağhan Ege Koç bu sahədə ölkəsini təmsil etməyi hədəflədiyini qeyd edib

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...