65 yaşlı nənə 4 uşaq doğdu

65 yaşlı nənə 4 uşaq doğdu

Almaniyada 65 yaşlı qadın dördəm dünyaya gətirib. Mir.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Berlində bir xəstəxanada üç oğlan və bir qız körpə dünyaya gətirib. Anneqret R. adlı yaşlı qadın hamiləliyin 26-cı həftəsində doğuş edib.

Körpələrin çəkisi 655-960 qram, boyu isə 30-35 santimetr arasında olub. Yeni doğulmuş körpələr xəstəxanda xüsusi həkim nəzarətində saxlanılsa da, həyati təhlükələrinin olmadığı deyilir.

65 yaşlı qadının süni mayalanma yolu ilə hamilə qaldığı məlum olub. Anneqret R. Almaniyada süni mayalanma qadağan olduğu üçün xarici ölkədə hamilə qalıb. Yaşlı qadının yeni doğulmuş dörd uşağından başqa 13 övladı və 7 nəvəsi var.

İbtidai məktəb müəllimi olan qadın 13-cü uşağını 2005-ci ildə dünyaya gətirmişdi. Uşaqlarının sayı 17-ə çatan 65 yaşlı ana dünyanın ən yaşlı dördəm doğuran qadını olaraq tarixə keçib. Yaşlı qadının ilk uşağının 44 yaşı var.

Mənbə: Mir.Az

Şərhlər 2

  1. User Mirnews
    User Mirnews - 6 iyul 2015 07:31
    daxili babat qalib :)
  2. Efsane Memmedova
    Efsane Memmedova - 28 iyun 2015 00:14
    sagoleee arvada bax )
    --------------------
    Ozunu cox oyme heyat...Vaxt gelecek senide terk edecem :(
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...