Bu adanın sakinləri ölməyi unudublar

Bu adanın sakinləri ölməyi unudublarYunanıstanda İkaria adasının sakinləri sanki "ölməyi unudublar". Bu adanın sakinlərinin böyük əksəriyyəti 100 yaşdan çox yaşayırlar. Hətta buradakı banklar da öz şərtlərində bunu nəzərə alıblar. Belə ki, bankların tələblərindən biri də kredit götürənin yaşının 103-dən artıq olmamasıdır. Bir sözlə, banklar da ada sakinlərinin kreditləri ödəyə biləcək qədər uzun yaşayacaqlarından əmindirlər. Təxminən 8 min insanın yaşadığı adada sözün əsl mənasında heç nə baş vermir. Burada həyat o qədər səssiz, rahatdır ki, ada sakinlərinin 200 il yaşamadığına təəccüblənirsən.

Təbii ki, İkaria adasının sakinlərinin bu qədər uzunömürlü olmalarının səbəbi oтların sağlam həyat tərzi sürməsi, qidalanması ilə də bağlıdır. Bol miqdarda zeytun yağı və müxtəlif çeşidli göyərti məhsulları istehlak edirlər, stressdən uzaq dururlar, günorta yuxusundan da heç vaxt imtina etmirlər, bir-birləri ilə bolluca söhbət edir və heç nə üçün tələsmirlər.

Həmin insanların ən əsas həyat fəlsəfəsi isə hər şeyin qədərində olmasıdır. Onlar yediklərində, içdiklərində, başqaları ilə münasibətlərində, bir sözlə, hər işdə ölçülü davranırlar. Müasir insanlar kimi hər gördüklərinə sahib olmaq ehtiyacı hiss etmədikləri üçün heç nədən artıqlaması ilə istifadə etmirlər.

Adaya getmək isə o qədər də asan deyil. İkarianın ətrafındakı adalar turistlərlə aşıb-daşdığı bir vaxtda buraya getmək üçün turistlər sarsıntılı bir dəniz səyahətini gözə almalıdırlar.

Mənbə: Mir.Az

Şərhlər 2

  1. User Mirnews
    User Mirnews - 29 iyun 2015 02:58
    ölməkdən qorxursan.
  2. Efsane Memmedova
    Efsane Memmedova - 28 iyun 2015 22:51
    ehhhh
    --------------------
    Ozunu cox oyme heyat...Vaxt gelecek senide terk edecem :(
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...