Dünya xalqlarının qəribə adətləri

Dünya xalqlarının qəribə adətləriÇində kiməsə "4" rəqəmli ilə əlaqəli olan hər hansı bir şey hədiyyə etmək sözün əsl mənasında uğursuzluq və bədbinlikdir. Bəzi yerlərdə 13 rəqəminə mənfi münasibət bəsləndiyi kimi burada 4 rəqəminə mənfi münasibət bəslənir.

ABŞ-ın bir çox ştatlarında restoranda qadınların hesabını ödəmək, maşının qapısını açmaq və onlara kompliment demək yaxşı hesab olunmur. Bununla sanki kişilər qadınlara maddi və fiziki üstünlüklərini nümayiş etdirmiş olurlar.

Çinlilər qadına təbii çiçək hədiyyə etməyi yaxşı qəbul etmirlər. Tez solduğundan onlar bunu ölümlə simvolizə edirlər. Bunun əvəzinə süni çiçəklər hədiyyə etməyə üstünlük verirlər.

Yunanlara qonaq getdikdə evdəki tablo və ya vazanı tərifləmək məsləhət deyil. Əks halda ev sahibi onu qonağa bağışlamalı olacaq.

Çinlilərin başqa bir qəribə ənənəsi də var. Bu ölkədə ev sahibinə gül hədiyyə etmək yaxşı hesab olunmur. Bu "sən kifayət qədər gözəl olmadığından bu gözəl güllərlə səni gözəlləşdirmək istəyirəm"-anlamına gəlir.

Yaponiya və Norveçdə tək saylı güllər hədiyyə etməzlər. Bu, yalqızlıq əlaməti hesab olunur. Tək saylı güllər burada qəbr üzərinə və ya dəfn mərasiminə aparılır.

Cənubi koreyalılara qonaq gedib yediyiniz yeməklərin təsirindən göz yaşlarınızı gizlətsəniz, ev sahibinə qarşı hörmətsizlik edib xətrinə dəymiş olarsınız. Burada aşpaza ən gözəl kompliment məhz göz yaşları axıtmaqdır.

Mənbə: qadındünyası.az

Şərhlər 1

  1. Efsane Memmedova
    Efsane Memmedova - 29 iyun 2015 16:48
    qeribedi
    --------------------
    Ozunu cox oyme heyat...Vaxt gelecek senide terk edecem :(
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...