Kimə nə hədiyyə vermək olar?

Kimə nə hədiyyə vermək olar? Ruhən xəyalpərəst Balıqlara klassik, lakin həssas hədiyyə məsləhətdir. Məsələn: fəlsəfi kitab, maraqlı psixoloji film, sevdiyi musiqi diski və s… Qoçlara onların təkarolunmazlığını göstərən sürpriz hədiyyə tam yerinə düşər. Onlar üçün əsas qiymət deyil, mənəviyyatdır. Məsələn: qışda qarpız, pəncərə altında orkestr və s...

Buğalar əksinə qiymətli və praktik hədiyyələri sevirlər. Aksesuarlar, bahalı qələm dəsti və s..
Əkizlər maraqlı, nadir tapılan əşyalara üstünlük verirlər. Antik əşya, kitab. İntellektual oyunlar və s..
Xərçənglər üçün mənəvi rahatlıq bəxş edən əşyalar daha önəmlidir. Çay dəsti, otaq gülləri, şamlar. Əsas odur ki, hədiyyə gözəl və ürəkdən olsun.

Hökmran xarakterli Şirlərə onların statusunu göstərən və onlara gərəkli olan hədiyyələr daha yaxşıdır. Şir tanışlarınıza yaxşıca nəzər salın. Baxın onların hal-hazırda nəyə ehtiyacı var. Unutmayın ki, gözəl bağlama və original yerləşmə mütləqdir.
Qızlar praktik əşyaları sevirlər. Seçim çoxdur. Adı fincandan başlamış papağa qədər. Suvenirlər istisnadır.
Tərəzilər üçün hədiyyə mütləq bahalı və onlara qarşı isti münasibəti nümayiş etdirən nəsə olmalıdır. Yeri gəlmişkən, Tərəzilər şəkil və güldanlara qarşı biganə deyillər.

Əqrəblər də original hədiyyələri xoşlayırlar. Onlara olan münasibətinizi göstərən hədiyyə. Bu o deməkdir ki, siz onu çox axtarmısınız. Əqrəblər ən ehtiraslı bürc hesab olunur. Buna görə də əks cinsi cəlb edən nə varsa onlara münasib sayılır.
Oxatanlara konkret və praktik hədiyyə verin. Lakin mütləq qeyri-adi nəsə olmalıdır. Məsələn: əl işləməsi olan və ya eksoztik hədiyyələr. Hətta qeyri-adi texniki yenilik də ola bilər.
Oğlaqlar üçün onların hobbisinə, işinə uyğun hədiyyə seçin.
Dolçalar elə bürcdür ki, mənəvi axtarışlar olmadan yaşaya bilmir. Ona görə də xırda sürprizlər onun ürəyincə olacaq. Musiqi və ya adi məişətdə lazımi əşyalar onu sevidnirəcək.

Hədiyyə seçərkən belə bir qanunu əsas götürün: nə yox, kimə daha önəmlidir.

Hədiyyə vermə etiketi bizə nəyi icazə verir.

Ən yaxın insanlara maşından başlamış pinjamaya qədər nə istəsəniz verə bilərsiniz.
Uşaqlara yaşına uyğun hədiyyə seçin. Onların istədiyi hədiyyənin olması mütləqdir. Çünki əsas məqsədimiz öncə sevinc bəxş etmək, sonra tərbiyələndirməkdir.
Rəsmi iş hədiyyələri çərçivələri ötməməlidir. Iş masasına uyğun, biznesmen aksessuarları və s.
Sizə hədiyyə təqdim edilibdə iki halda ondan imtina etmək olar. Hədiyyə həddən artıq ədəbsizdir və ya həddən artıq qiymətlidir, ona görə narahatlıq hissi yaradır.
Qanuna görə vermək məsləhət deyil:

Qadınlara tütün və spirtli içkilərlə bağlı hədiyyə
Dini simvollar vermək
Tanlmadığın insanlara özünə aid hədiyyə vermək.
Öz şəkillərini (əgər səndən istəməyibsə)
Heyvan (əgər sizdən istəməyiblərsə)
Müalicəvi, dərman preparatları və s..
Hər bir ölkənin hədiyyə vermə mədəniyyəti var.
Latin Amerikası ölkələrində iti əşyalar vermək olmaz. Çünki belə hədiyyə davaya gətirib çıxarır. Yunanıstanda şpilka, sancaq, broş hədiyyələri uğursuzluğa işarədir. Fransada portret dava əlamətidir. İngiltərə və Almaniyada iş hədiyyəsi yalnız suvenir ola bilər. Çində “saat” sözü yas mərasiminə işarədir. Hədiyyə qismində “saat”ın adı belə hallanmır.

Gördüyünüz kimi, hər bir millətin və bürcün özünəməxsus daxili mədəniyyəti vardır. Siz də bütün bunları nəzərə alaraq hədiyyə seçin. Lakin hər halda ən əsası diqqətdir. Yaxınlarınızı diqqətdən kənar qoymayın!

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...