Fransa prezidentinin evlənəcəyi xanım başqa biri ilə tətildə - fotolar

Fransa prezidentinin evlənəcəyi xanım başqa biri ilə tətildə - fotolar
Fransa prezidenti Fransua Ollandın aktrisa Jüli Qayla münasibətləri sona çatıb.

Mir.Az-ın xarici mətbuata istinadən xəbər verir ki, bunu Jülinin yeni sevgilisi, vəkil Pyer Puybassetlə tətilə çıxması sübut edir. Korsika adasında görüntülənən cütlük istirahətdən sonra Parisə qayıdıb.

Həmin vaxt isə F.Olland Versaldakı prezident iqamətgahında dincəlirmiş.

Xatırladaq ki, bu ilin əvvəlində Fransua Ollandın Jüli Qayla münasibətləri ortaya çıxdıqdan sonra vətəndaş nikahında olduğu keçmiş xanımı, telejurnalist Valeri Trierveller Yelisey sarayını tərk etmişdi.

F.Ollandla J.Qayın avqustun 12-də - prezidentin 60 illik yubileyi günündə evlənəcəkləri deyilirdi və bu, prezidentin ilk rəsmi nikahı olacaqdı.
Fransa prezidentinin evlənəcəyi xanım başqa biri ilə tətildə - fotolar

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...