La Isla de la Munecas - Lənətli gəlincik adası

La Isla de la Munecas - Lənətli gəlincik adasıMeksikanən mistik yerlərindən biri olan "La Isla de la Munecas" adası (gəlinçiklər adası) bu gün turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir. Batil inanclara inan yerli əhali öz dərdlərinə şəfa tapmaq üçün əvvəllər tez-tez bu adaya gələrək oyuncaq gəlinçikləri adadakı ağacalara bağlayırdılar. Daha sonra ada da baş verən bir sıra paraanromal hadisələr insanları bu vərdişdən daşındırdı.
Ada ilə bağlı olan müəmma Don Julian Santana adlı bir gəzginin buraya yerləşməsindən sonra da davam etdi. Santana evli olmasına baxmayaraq həyatının son illərini tək yaşamağa üstünlük verirdi. O ada yaxınlığında yerləşən bir su kanalında boğulmuş qızın ruhu tərəfindən tez-tez narahat edilməsi barədə öz günlüyündə yazmışdır.
Ada ilə bağlı olan iddialardan biri ondan ibarətdir ki, orada olan gəlinçiklərin içərsində əslində 1960-80-ci illər ərzində ətrafda olan su hövzəsində batmış 30 a qədər uşağın ruhu vardır. Sanata da bu iddiaları təsdiqləyirdi və o hər axşam gəlinçiklərə danışdığını, onlara meyvə verdiyini öz günlüyündə yazırdı. Məsələnin digər bir maraqlı tərəfi isə Don Julian Santananın cəsədinin 2001-ci ildə ada yaxınlığında yerləşən su kanalından tapılması idi. Yerli əhali bu gündə buranın lənətli olmasına inanır və buraya gələn turistləri adaya getməyə məsləhət görmür.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...