“Eurovision 2014”-də 36 ölkə iştirak edəcək

“Eurovision 2014”-də 36 ölkə iştirak edəcək
Bu barədə APA müsabiqənin rəsmi saytına istinadən məlumat verir.
Mayın 6-da Danimarkada keçiriləcək sayca 59-cu “Eurovision” müsabiqəsində azərbaycan, Albaniya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.

Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb.

Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib.

Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...