Mirzə Ələkbər Sabir haqqında ətrafı məlumat

Mirzə Ələkbər Sabir haqqında ətrafı məlumat

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası mənasını və mahiyyətini başa salmadan səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.
Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.

Mənbə: Mir.Az
+32

Şərhlər 25

  1. Fatime
    Fatime - 17 aprel 2016 22:25
    ela
  2. M3h3mmed
    M3h3mmed - 15 aprel 2016 13:55
    İnşa yazmağıma komek oldu sağol sabirin Satiraları haqqın da melumat paylaşsaz sevinerem
  3. jena
    jena - 12 aprel 2016 21:26
    insa yazmaqima komek oldu
  4. BAKILI
    BAKILI - 31 mart 2016 17:00
    Atasibin kismisidi bu

    Sitat: BAKILI
    Atasibin kismisidi bu

    Atasinin kismisidi bu olaree oo
  5. Sirac
    Sirac - 30 mart 2016 20:52
    Gozel kisidi ancaq cox yazmisiniz bunu gel yazda indi???
  6. ))KRISTINA((
    ))KRISTINA(( - 29 mart 2016 19:51
    tarix kitabinda oxumusdum
  7. KAZIM
    KAZIM - 29 mart 2016 18:26
    SAGOLSUN
  8. Ayşə
    Ayşə - 13 mart 2016 20:18
    Əla

    Sitat: Ayşə
    Əla


    Yaxşıdı
  9. Ziyarətçi Aytac
    Ziyarətçi Aytac - 7 mart 2016 18:23
    MIRZE ELKBER SARIBIN USAQLIQDA BELE EZEB CEKDIYINI BILMIRDIM YAZIQ USAQQQQ
  10. Mehman
    Mehman - 1 mart 2016 15:30
    ne vaxt olub
  11. fidan
    fidan - 17 fevral 2016 21:43
    men bu movzy tarix dersi almisam
  12. Nurlan
    Nurlan - 24 noyabr 2015 22:25
    məlumatım daha artdı

    superdi
    1. Nurlan
      Nurlan - 24 noyabr 2015 22:29
      cavab yazin
  13. hfkv
    hfkv - 19 may 2015 17:42
    Hecnə
  14. nail
    nail - 11 may 2015 14:30
    Sagol
  15. mehemmedeli
    mehemmedeli - 17 aprel 2015 14:41
    insa yazmaqimda komek etdi wink
  16. nermin
    nermin - 13 aprel 2015 15:47
    Cox gozeldi twk lazimiydi baxdim melumat topladim yaxsi insan olub
  17. rəvan
    rəvan - 3 mart 2015 21:27
    mənim adımda Rəvandır



    Sitat: rəvan
    mənim adımda Rəvandır


    nəoldu dostlar

    Sitat: rəvan
      Cavab yaz

    yaxşı adam olub
  18. ferid
    ferid - 2 mart 2015 20:50
    Yazdigi seirler cox gozledir
  19. nigar
    nigar - 26 fevral 2015 16:31
    Cox guzel sabir elekber cox yaxsi adam olub

    Cox gozel mirze elekber sabir cox yaxsi adam imis
  20. səid əbilzadə
    səid əbilzadə - 25 fevral 2015 13:27
    eladir cox gozel twk
  21. Fidаn
    Fidаn - 23 fevral 2015 22:58
    guzеl
  22. Shaiq
    Shaiq - 18 fevral 2015 16:34
    Bu malumatlar eladi Mirze Elekber Sabir cox yaxwi adam olub o cox yaxwi sairlerimizden biri olubdu. Ve yaxwi mellim olub.
  23. Sumqayit
    Sumqayit - 12 fevral 2015 22:19
    Cox guzel
  24. fərid
    fərid - 12 fevral 2015 20:22
    siz cox gözəl adam idiniz
  25. Mehemmed
    Mehemmed - 9 fevral 2015 22:04
    mirze elekber yaxsi adam olub.
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...