Dünyanı gözləyən BÖYÜK FƏLAKƏT: 2050-ci ilə qədər...

Dünyanı gözləyən BÖYÜK FƏLAKƏT: 2050-ci ilə qədər...

İqlimşünasların bildirdiyinə görə, qlobal istiləşmənin nəticəsi olaraq 2050-ci ilə yaxın sahil ərazilərdə daşqınların sayı xeyli çoxalacaq.



Prinston universitetinin mütəxəssislərinin "Environmental Research Letters" dərgisində nəşr olunan məqaləsinə görə, əvvəllər 100 ildə bir dəfə olan dəhşətli daşqınlar, əsrin ortalarında demək olar ki, hər il baş verəcək.

1824-cü ildə Rusiyada baş verən dəhşətli daşqın Sankt-Peterburq şəhərinin tarixində son 300 ildə qeydə alınmış ən fəsadlı təbiət hadisəsidir. Şəhərin köhnə binalarında bu barədə xatirə tabloları var. Bu hadisə Puşkinin poemalarında da əks olunub. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu kimi hadisələr artıq tez-tez baş verəcək.

Əgər "parnik" qazlarının tullantısı bu templə davam edərsə, o zaman buzların əriməsi səbəbindən yüzilliyin sonuna yaxın dəniz səviyyəsi 0.3-0.9 metr qalxacaq. Əldə olan iqlim modellərinə nəzərən mütəxəssislər ABŞ-ın sahilyanı ərazilərinin risqini proqnozlaşdırmağa çalışıblar.

Məlum olub ki, bu ərazilərdə 100 ildə bir dəfə baş verən daşqın, 2050-ci illərdə ortalama 40 dəfə daha çox baş verəcək. Lakin daşqın risqləri qeyri-bərabər inkişaf edəcək: məsələn, Nyu-Yorkda "100 illik" daşqın 20 ildə bir dəfə, San-Fransiskoda 1 ildə bir dəfə, San-Diyeqoda 10 ildə bir dəfə. Yəni, Sakit Okean sahilləri daha çox ziyan çəkəcək.

Həmçinin, Dünya Bankının hesabatına görə, dəniz səviyyəsinin qalxmasından ən çox zərər çəkəcək 10 şəhərdən 5-i məhz ABŞ-da yerləşir - bu Mayami, Nyu-York, Tampa, Nyu-Orlean və Bostondur. Bütün bunlara baxmayaraq qəribəsi budur ki, bu yaxınlarda Donald Tramp ABŞ-ın İqlim Dəyişikliyi üzrə Paris Razılaşmasından çıxmasını elan etdi. Hansi ki, bu razılaşma məhz "parnik" qazlarının minimuma endirilməsinə çağırış xarakteri daşıyır.

Mənbə: milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...