Nahide Tagıyeva "Nişan Üzüyü" (1-ci hissə)

Nahide Tagıyeva "Nişan Üzüyü" (1-ci hissə)

,,NİŞAN ÜZÜYÜ,,



Hekayə
Birinci hissə
Otaqda olan səssizlik adamın ürəyini üzürdü.Bir xeyli vaxt idi eynək taxmış yaşlı həkim önünə tökdüyü vərəqləri oyan –bu yana çevirir başını qaldırıb həyacanla onun verəcəyi cavabı gözləyən qadına baxmırdı.Qadın bir neçə dəfə yavaş səslə öksürsə belə həkim onun səsinə başını qaldırmadı.Qadın qolunda olan saata baxdı.Artıq iyirmi dəqiqə idi ki onu gözləyirdi.Başını çevirib pəncərədən çölə boylanıb qaş-qabağını tökmüş havanı süzdü..Payiz yağışı yağırdı.Narın –narın yağan yağış çətin kəsə idi.Evdən çıxanda çətirini götürməyi unutmuşdu.Əynini də elə qalın bir şey yox idi çox nazik geyinmişdi .Belə getsə deyəsən islanacaqdı.Əlində olan kiçik redukilinə nəzər saldı .Taksi ilə gedə bilmək üçün pulnun qədərinə baxmaq istədi.On beş manat pulu qalmışdı.Analizlərə xeyli pulu çıxmışdı.Evdən çıxarkən götürdüyü pulu heç saymadan redikulinə qoymuşdu .Son zamanlar özündə yaranan narahat hisslər tez-tez ürəkbulanmaları onu bura gətirmişdi. Başı gicəllənir, gözlərinə qaranlıq çökür ayaqüstə dayanmağa halı belə olmurdu.Hamilə qadınlar kimi çox şeydən iyrənir bütün günü halsız vəziyyətdə olurdu.İştahası tamam pozulmuşdu.Özü hazırladığı xörəkləri gözü önünə gətirə bilmir , süfrəyə gətirir yenidən mətbəxə aparıb qazana boşaldırdı. Özündən şübhələnirdi .Birdən hamilə olaram bu yaşımda biabırçılıq olar deyirdi.Onun üçün ancaq uzidən keçməyi düşünürdü.Sahə həkimi ilə danışandan sonra belə qərara gəlindi ki ,ilk öncə ümumu analiz versin, sonra həkim onu diqqətlə yoxlamadan keçirsin.Onu diqqətlə dinləyən qocaman sahə həkimi mütləq qanın ümumi analizinin veriməsini məsləhət gördü.Qadın əvvəlcə tərəddüd etdi ,ancaq həkimin israrından sonra razılaşdı.Elə xəstəxananın labaratoriyasına düşüb həkimin verdiyi göndəriş vərəqəsinə əsasən analiz verdi.Qan götürən həkim analizin cavabını götürmək üçün mütləq bir neçə saat gözləməli olacağını qeyd etdi.Əks təqdirdə sabah saat doqquz tamam da gəlib götürə biləcəyini söylədi.Saata baxdı günortaya hələ xeyli var idi.Gözləməli olacağını deyib ordan uzaqlaşdı.Dəhlizin çıxış qapısına doğru addımladı.Həyətə çıxıb bir az gəzmək ,xəstəxananın kəsif dərman qoxusundan uzaq olmaq istədi.Çıxış qapısına çatmamış başı gicəlləndi,yıxılmamaq üçün arxasını divara söykəyib gözlərini yumdu.Gözlərinin önündə qığılcımlar oynadı.Ürəyi t döyündü,gözlərinə çökən qaranlıqdan ürəyi dayanacaq kimi tez-tez çırpınmağa başladı.Əllərini gözlərinə qarşısına tutub belə durdu..
Gözlərinə çökən qaranlıqdan heç nəyi seçə bilməyən qadın, bir də görə bilməyəcəyini və işıq üzünə həsrət qalacağını düşününcə ürəyi sıxıldı..Bir dəqiqə belə keçən zaman qadına bir il kimi uzun gəldi .Tez yadına uşaq vaxtları məktəbə gedərkən hər zaman küçədə oturan kor kişi düşdü..Özünə gələn qadın əllərini gözünün önünə yenidən gətirib,diqqətlə barmaqlarına baxdı.Əlləri gözünə qansız kimi görsəndi. Barmağına ailə qurarkən taxılan nişan üzüyü də gözünə solğun dəydi.Həqiqətən də elə əlləri ağarmış qansız barmaqları uzanmış kimi görsəndi.Bir xeyli zaman idi bənizi də solmuş ,dodaqlarının rəngi tamam qanı qaçmış kimi görsənirdi.Yavaş-yavaş söykəndiyi divardan aralanıb qapıya tərəf addımladı elə bil taqətdən düşürdü.Birdən ac olması yadına düşdü.Evdən çıxarkən heç nə yeməmişdi.Elə bil hiss etmişdir ki ,ondan analiz götürüləcək onun üçün bir qurtum suda içmədi.Poliklinikaya gələrkən fikrində tutmuşdu ki evə tez qayıdar axşama xəngəl hazırlayar .Evdə çəkilib hazırlanmış qiyməsi də var idi.Soyuq havanın yeməyi idi qurutlu xəngəl.Ac olduğu üçün başının gicəlləndiyini fikirləşən qadın yaxınlıqda olan mağazadan özünə yemək üçün bulku aldı.Həyətdə xəstələr üçün qoyulmuş skamyalardan birində əyləşdi.Bulkudan bir dişdək alıb çeynəməyə başladı.Elə bil çənəsinin gücü çatmırdı ağzında olan kiçik tikəni çeynəməyə.Bir təhər iştahası olmasa da onu çeynəyib uddu.Qolunda olan saata baxdı az qalırdı analizlərin cavabını götürüb yenidən həkimin yanına qalxmalı idi.İnşallah hər şey yaxşı olar deyə allaha dua etməyə başladı.Axı nə ola bilər ki ürəkbulanmasını həkim lap dəhşətli bir xəstəliyə çevirdi.Kənddə elə olan kimi anası tez kürəklərini masaj edər banka salar onunla da xəstəlikləri keçərdi.İndi burda bir balaca narahatlıq olan kimi hamı qaçır həkimə.Onlarda kömək olmuşlar adama bir sicilləmə dərman resepti yazırlar ki gəl görəsən.Ondan sonra da gəl düş bu apteklərin canına ki,yazılan dərman preparatlarını axtarıb tapa biləsən.Bir xeyli oturub qaldı.Havadan gələn nəm qoxusu yağış yağacağını xəbər verirdi.Alçaqdan uçan quşlarda elə bil yağışın gələcəyinin xəbərini gətirirdilər.Bircə tez analizləri ala bilsə evə gedərdi.Heç belə tələsdiyi olmamışdı ev üçün.Daxilindən bir onu evə geyməyə tələsdirirdi.Ancaq necə getsin onda gərək birdə sabah gələ idi.Sabahda gəlməyə həvəsi olmayacaqdı .Beləliklə də səhhətində yaranan by narahatçılığın səbəbini bilməyəcəkdi.Onun üçün, necə olur olsun səbr etməli ,zamanın çatacağını gözləyib cavabları alıb sonra getməli idi.Alacağı cavabı öz istədiyi kimi düşünür ,onun səhhətində ciddi bir problem olmadığı fikrinə dalır, yoxlamaya gəldiyi üçün özünü qınayırdı.

Mənbə: Wsemir.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...