ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO

ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO

Qadın gözü ilə baxanda əksər kişilər arvadbazdır. Ya da özləri belə adlanmaqdan qürur duyduqları üçün artıq "damğa”lanıblar. Yerdə qalan sadiqlər də qurunun oduna yanan yaşlardır. Əslində elə onlar da "yaş” işlərdən hali deyillər. Amma hər halda hesabı itirməmiş olarlar. Qadın ətəyinin altından tarixə boylanan kişilər də var ki, adlarını salnamələrə böyük şücaətləri, istedadları ilə yazsalar da, üzərinə hopduğu çoxsaylı qadın qoxusundan qurtula bilməyiblər. Güman ki, qurtulmaq da istəməyiblər. Zamanın bütün dönəmlərində arvadbazlıq kişilərin özünütəsdiqi üçün bir vasitə sayılıb. Hətta kişilik funksiyasından məhrum olanlar belə adlarının gözəl qadınlarla hallanmasına etiraz etməyiblər. İndi gəlin görək bəşəriyyətin ən tanınmış arvadbazları kimlərdir. Düzü, onların arasında tanınmamışları da var, amma rəqəmlər istər-istəməz həmin lavlasları diqqət mərkəzinə çəkir.



ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO
Çingiz xan – dünyanın ən qüdrətli fatehlərindən biri! Bu kişinin adı ilə təkcə türk toplumları, asiyalılar deyil, hətta bütün dünya qürur duyur. Çünki azdan çox, yoxdan var yaratmaq qabiliyyətinə malik, ağılllı, güclü, uzaqgörən kişi millətindən asılı olmayaraq hər kəsin fəxarət istinadgahıdır. Deyilənə görə, dünyada hər 200 adamdan biri Çingiz xanın nəslinin nümayəndəsidir. Çingiz xanın arvadlarının dəqiq sayı bəlli deyil. Amma o bəllidir ki, hazırda 16 milyon kişi Çingizxanın "belindən gəlib”.
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO
Cakoma Kazanova - Bu narsistin adı siyahıya düşməsə, təəccüblü olardı. Kazanova çoxsaylı sevgi macəraları ilə nəinki tarix, həm də kitab bağlamış adamdır. Sözün həqiqi mənasında! Bütün sevgi macəralarını qələmə alaraq özündən sonra maraqlı xatirələr qoyub. Onun adı bu gün də arvadbaz kişilərə ləqəb olaraq verilir. Amma tarixə həmçinin peşəkar musiqiçi, kimyaçı, səyyah olaraq da düşüb.
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO

Lord Bayron – 36 illik ömründə yazdığı şeirlərlə yanaşı, yatdığı qadınlarla da yadda qalıb. Daha doğrusu, tarixin yadında qalıb. Özü isə bu qadınların əksəriyyətini yadında saxlamırdı. Fahişələr hesaba alınmasa, bir il ərzində 250 "ev qızı” ilə yatıb. Amma bu qızlardan yalnız birinə aşiq olub – o da ögey bacısı! Özünün dediyinə görə, taledən acıq çıxmaq üçün qadınları "vərəq-vərəq” qoparırmış.
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO


Fidel Kastro – şayiələrə inansaq, Kastronun 35 min qadını olub. Hər halda gənc yaşından lider olmuş, 82 yaşına qədər hakimiyyətdə qalmış (90 yaşında dünyasını dəyişib) cazibədar kişi üçün təəccüblü deyil. Özünün dediyinə görə, uşaqları bir qəbiləni dolduracaq qədərdir.
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO


Con Holms adlı aktyor ömrü boyu 14 min qadınla yatıb. Amma nəzərə alsaq ki, adam pornoaktyordur bu, qəribə görünməz. Neyləsin, işdən tapşırırmışlar da... Amma qadın həvəskarı olan bu kişi özü də ömrünü "qadın” kimi başa vurmalı olur. Narkotiklərə olan meyli kişilik funksiyasını zəiflədir və tezliklə impotentlikdən əziyyət çəkir.
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO
ARVADBAZ KIŞILƏRIN DƏHŞƏTLİ ƏMƏLLƏRİ: MINLƏRLƏ QIZLA SEVIŞƏN, BACISINA VURULAN VƏ... - FOTO

Mənbə: Publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...