Unudulmaz seksin sirri - Ön sevişməyə hazır olun

Unudulmaz seksin sirri - Ön sevişməyə hazır olun

Münasibətlərinizə rəng qatmaq istəyirsinizsə ön sevişməni uzatmaq ən gözəl yoldur. Ön sevişməni uzatmaq cütlüklərin bir-birini daha çox arzulamasını təmin edir, eyni zamanda onların cinsi həyatlarını da qüvvətləndirir. Aile.lent.az ön sevişmə üçün bir neçə yol təklif edir.



1. Birlikdə duş qəbul edin

İsti suyun altında birlikdə dayanmaq, eyni zamanda günün stress və gərginliyini üstünüzdən atmaq gözəl bir fikirdir. Vanna otağına qoyacağınız bir neçə şam ilə əhvalınızı dəyişərək bir az daha romantik ola bilərsiniz.

2. Seksual alt paltarları geyinin

Adi geyimlərin altında olsa belə, seksual alt paltarları sizə özünüzü çox yaxşı hiss etdirəcək. O həyəcanlı anları gözləyirsinizsə bu geyimlər daha çox sizə lazımdır. Alt paltarları seçimində krujevalı olanlara üstünlük verin.

3. Oyun oynayın

Tamamilə sizin əhvalınıza bağlıdır. Asta-asta yaxınlaşarkən öpmək və bir-birinizi soyundurmaq ön sevişmə üçün ən yaxşı addımlardır. Həm də çılğın və ehtiraslı sevişməyə tələsmədən başlayacaqsınız.

4. Gözlərinizi bağlayın

Bunu ola biləcək bir qəzanın qarşısını almaq üçün eyni anda etmək məsləhət deyil. Amma gözləri bağlamaq, digər duyğulara kökləməyinizi təmin edəcəyi üçün ön sevişməni daha canlı edəcək.

Mənbə: lent.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...