Qadınlarda cinsi istək necə başlayır?

Qadınlarda cinsi istək necə başlayır?

Cinsəlliyi yemək yemək, su içmək kimi ehtiyac olaraq yaşayırıq. Cinsi istək zövq alaraq, istəyərək, bir insanın digəri ilə cinsi münasibətdə olmaq arzusudur.



Hormonal olaraq hər hansı bir çətinlik yaşamayan, problemi olmayan, fiziki olaraq kifayət qədər yetkinliyə çatmış hər qadın və kişi cinsi əlaqəyə girmək istəyir. Bu istək insanlardan asılı olaraq fərqli olur. Qadının cinsi doyuma çatması kişiyə nisbətən daha çətindir.

Cinsi istək meydana gəldikdə qadın bədənində bir çox dəyişikliklər yaranır. Qadın beyninin xəbərdar edilməsi, istəməsi və orqazma çatması kişi beynindən daha fərqlidir. Qadının cinsi doyuma çatması kişiyə nisbətən bir az uzun çəkir. Qadında bu dəyişikliklər belə sıralanır.

1. Həyəcanlanma və xəbərdar edilmə

İlk mərhələ həyəcanlanma və xəbərdar edilmədir. İlk növbədə qadında istək olmalıdır. Bu istək beyində başlayır. Tərəf müqabilinin bədənindən gələn ətir, söylədiyi erotik bir söz və ya fiziki görünüşü o sırada qadına cazibədar gələ bilər. Bu zaman beynində cinsi istəklə əlaqədar düşüncələr yaranmağa başlayır. Qadın bu mərhələdən sonra xəbərdarlıq qisminə keçər. Bu da tərəf müqabilinin etdiyi toxunuşlarla başlayır. Qadının genital bölgəsinə edilən toxunuşlar cinsi istəyi bilavasitə artırır. Qadın bu xəbərdarlıq mərhələsini fizioloji olaraq da hiss edir. Bədənində, xüsusilə aşağı bölgəsində.

2. Plato

Sonrakı, ikinci mərhələ plato deyilən mərhələdir. Bu zaman qadının boşalması və orqazma çatmasına kömək olan mərhələ başlayır. 10 saniyə davam edən bu mərhələdən sonra qadın boşalma və orqazm dediyimiz mərhələyə keçir.

3. Boşalma və orqazm

Üçüncü mərhələ boşalma və orqazmdır. Boşalma bu müddətdəki fizioloji vəziyyətdir. Qadın aşağı nahiyəsində 5-10 saniyə davam edən sıxılmalar hiss edir. Orqazm isə 15-20 saniyə davam edən və bütün bədəndə hiss edilən sıxılmaların ümumiləşmiş formasıdır. Bir qadın hər dəfə cinsi münasibətdə boşala bilər, lakin hər dəfə orqazm olmaya bilər. Orqazm iki cürdür. Biri klitoral orqazmdır ki, bu, klitorisin xəbərdar edilməsi ilə boşalmadır. Digəri isə vaginal orqazmdır ki, vaginanın üst hissəsində olan klitorisin bir parçası olan G nöqtəsi sağ penis və ya əlin köməyi ilə xəbərdar edilib boşalmanın təmin olunmasıdır.

4. Əzələlərin daralması

Bu mərhələlərdən sonra son mərhələ olan həll və boşalma mərhələsinə gəlinir. Bu mərhələdə bədən və ruh istirahət edir. Cütlüklər yaşadıqları cinsi doyumun zövqünə çatırlar. Hər iki tərəf də bu vəziyyətdən həzz alaraq birlikdəliyi sonlandırır. Bu mərhələdən sonra cütlük təkrar cinsi əlaqəyə davam da edə bilər. Qadının cinsi münasibəti təmin etdiyi seks, eyni zamanda xoşbəxt bir evliliyin də quruluşçusudur. Həyat yoldaşını xoşbəxt etməyi bilən kişi hər zaman qazanar.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...