Ən uzunömürlü bürc: Astrologiya sayəsində nə qədər yaşayacağını öyrən!

Ən uzunömürlü bürc: Astrologiya sayəsində nə qədər yaşayacağını öyrən!

Astrologiya neçə il yaşayacağını bilmək istəyənlərə unikal imkan təqdim edir.



Münəccimlərin sözlərinə görə, insan ömrü onun bürcü ilə çox bağlıdır. Araşdırmalar nəticəsində məlum olub ki, Buğa bürcündən olan insanlar daha uzunömürlü olur. Ən az isə Əqrəblər yaşayır.

Tədqiqatın nəticələri cinsindən asılı olaraq fərqlənir. Məsələn, kişilər arasında ən uzunömürlü bürc Buğalardır (81 il). İkinci yerdə Qoç (79 il) gəlir, daha sonra isə siyahını Əkizlər (78 il), Oğlaqlar (77 il), Qız (76 il), Şir (74 il), Tərəzi (73 il), Balıqlar və Dolça (71 il) tamamlayır.

Xərçəng, Əqrəb və Oxatan bürcündən olan kişilər isə 70 ildən az ömür sürür.

Məlum olduğu kimi qadınlar kişilərdən çox yaşayır. Qadın bürclərin siyahısı da bir qədər fərqlidir.

Qadınlar arasında ən uzunömürlü bürclər: Buğa, Əkizlər, Qız və Oğlaqdır. Statistikaya əsasən, bu bürcdən olan qadınlar adətən 90 ildən çox yaşayır. Digər bürclərdən olan xanımlar isə orta hesabla 70-80 il yaşayır. Tale burada da Əqrəblərin özünə gülmür. Belə ki, Əqrəb bürcündən olan qadınlar cəmi 63 il yaşayır.

Zodiak işarələri ilə həyat müddətini bir-biri ilə bağlayır?

Münəccimlər bu suala da cavab tapıb. Belə ki, hər kəsin orqanizminin bu və ya digər xəstəliklərə qarşı öz müdafiə xüsusiyyətləri və meylliliyi var. Məsələn, orqanizmin zəif nöqtələrini bilməklə həyat və sağlamlığı qorumaq və onu xeyli uzatmaq olar.

Zodiakı işarələrinin zəif nöqtələri

Qoç üçün stress və fiziki yük təhlükə yaradır.

Buğalarda piylənmə qaraciyər və böyrək, o cümlədən cinsi xəstəliklərə gətirib çıxarır.

Əkizlər üçün həddən artıq arıqlıq çox təhlükəlidir.

Xərçəngləri onkoloji xəstəliklər təhdid edir.

Şirin ən zəif nöqtəsi gözləridir.

Qızlar adətən bağırsaq xəstəliyindən əziyyət çəkir.

Tərəzilərə yüksək rütubət və soyuq yerdən dayanmamaq tövsiyə olunur.

Stress Əqrəb bürclərinin səhhətində böyük problemlər yaradır. Və onlar bir qayda olaraq müalicə olunmaq istəmirlər.
Oxatan bürcləri xüsusilə radikulit və revmatizmdən əziyyət çəkir.

Oğlaq ən çox oynaq problemləri ilə üzləşir.

Dolça bürclərinin səhhəti üçün əsas təhlükə mənbəyi alkoqoldur.

Balıqlar üçün təhlükəli hallar su ilə bağlıdır.

Qeyd edək ki, ekspertlər müxtəlif ölkələrdən olan 60 min nəfərdən çox insanın həyatını təhlil edib. Münəccimlər bildiriblər ki, ulduzların, planetlərin və səma cisimlərinin yerləşməsinə əsasən insanın səhhətində olan mövcud problemləri oxumaq mümkündür.

Mənbə: qaynarinfo.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent

Son Xəbərlər

Gözləyin...