Bürclər payızda nə vəd edir?

Bürclər payızda nə vəd edir?

Qoç
Əgər Qoçlar sentyabr ayında qorxu və özünəgüvənsizliklərini aşa bilsələr, çox şeyə nail olacaqlar. Sizə təklif olunan hər bir şeydən dərhal imtina etməyin, müsbət və mənfi tərəfləri düşünün.

Məhəbbət: Şəxsi həyatda hələ ki yeni ciddi tanışlıqlar gözlənilmir. Tanışlıq olsa belə, yeni bitmiş əlaqəni xatırlatdığı üçün sizi cəlb etməyəcək.

Gəlir. Maddi baxımdan sentyabr uğurlu hesab edilə bilməz. Qənaət etməli olacaqsınız, yalnız üçüncü dekada sizə rahatlıq gətirəcək.

Buğa
Yenilik arxasınca qaçmayın. Ola bilsin ki, həyatınızda sizə ağırlıq gətirən nəyləsə sağollaşacaqsınız. Və bu zaman elə onun sizin həyatınızda önəmli olduğunu anlayacaqsınız.

Məhəbbət. Bu ay münasibətlərdə ciddi bir şey gözlənilmir. Ola bilər ayın axırına münasibətdə dominant olduğunuzu sübut etmək üçün balaca bir qalmaqal yaradasınız. Səbirli olun.

Gəlir. İş həyatında ambisiyalardan uzaq durmalısınız. Rəhbərliklə münaqişəyə girmək və ya başqaları ilə rəhbərliyin arxasınca danışmaq məsləhət görülmür.

Əkizlər
Sentyabr ayı Əkizlər üçün revanş ayıdır. Siz bu ayın favoritisiniz. Hər bir qanqaralıqdan alnıaçıq çıxacaqsınız.
Məhəbbət. Müxtəlif dəyişikliklər olacaq. Küsülü sevgililər barışacaqlar. Ailələrdə müsbətə hadisələr baş verəcək.
Gəlir. Rəhbərliklə münasibəti düzəltmək şansınız var. İş yerinizi daha sərfəli işlə dəyişə biləcəksiniz.

Xərçəng
Bu ay Xərçənglər anlayacaqlar ki, illərlə düzüb-qoşduqları həyat sxemi artıq işləmir. Sadəcə olaraq bu sxemlərdən mükəmməlini hazırlamanız lazımdır.

Məhəbbət. Tənha Xərçənglərin bu ay sevgidə bəxti gətirəcək. Amma çalışmalısınız ki, bu hisslər haqqında kimsə bilməsin.

Gəlir. Professional mühitiniz qənaətbəxşdir. Karyerada irəliləmə şansınız çox böyük olacaq.

Şir
Çalışın görünüşünüz danışığınıza uyğun olsun. Çox zaman bu tandemin pozulması üzündən bəzi məsələlər istədiyiniz kimi alınmır.

Məhəbbət. Sevgi üçün uğurlu aydır. Amma ulduzlar tələsik qərar verməmənizi tövsiyə edir.
Gəlir. İş həyatında kifayət qədər ağır dövr olacaq. Hadisələrə dərhal cavab verməzdən öncə intuisiyanıza qulaq asın.

Qız
Hər şeydən ehtiyatlanmağı buraxın. Bütün cəsarətinizi toplayın və ətrafa baxın, həyat o qədər də cansıxıcı deyil.
Məhəbbət. Şəxsi həyatınızda sakitlik və harmoniya hökm sürür. Tənha Qızlar yeni tanışlıqlar quracaqlar.
Gəlir. İş həyatınızda hır şey yerindədir. Yeni təkliflər ola bilər. Amma siz sevdiyiniz işin arxasınca gedin.

Tərəzi
Tərəzilər üçün bu ay əsas qanun novator fikirlərdən yan qaçmalarıdır. Yadınızda saxlayın ki, bütün yeniliklər unudulmuş köhnəliklərdir.

Məhəbbət. Sentyabr ayı yeni tanışlıqlar və romantik görüşlər üçün əlverişlidir. Yeni tanışlığınız sizə qarşılıqlı eşq yaşadacaq.

Gəlir. Siz professional mühitdə hər şeyi asanlıqla əldə etməyə öyrənmisiniz. Amma sentyabrda rahatlanmayın. Çətinliklər gözlənilir.

Əqrəb
Əqrəblər xəyallarda yaşayırlar. Əlbəttə, reallıqla barışmaq çətindir. Eybi yoxdur, dostlarınız sizi reallığa qaytaracaqlar.

Məhəbbət. Romantik hisslər yenilənəcək. Hər şeyi yaşayacaqsınız: qabların sındırılmasından tutmuş ən romantik öpüşədək.

Gəlir. Rəhbərliklə sizi narahat edən bütün məsələləri müzakirə etmək üçün yaxşı şansdır. Utanmayın, maaş artımı və ya vəzifə yüksəlişi xahiş edə bilərsiniz.

Oxatan
Oxatanlar yeni keçid yüksəlişi yaşayacaqlar. Bu yüksəliş həm sosial, həm də mənəvi ola bilər. Ətrafdakılar hiss etməsələr də özləri bunu yaxşı anlayacaqlar.

Məhəbbət. Bu ay Oxatanlar münasibətlərdə üzüyumşaq olacaqlar. Xoşlarına gəlməsə belə, ailədə bəzi işlərdə yardımçı olacaqlar.

Gəlir. Yaxınlarınızın məsləhətinə ehtiyacınız olacaq. Çalışın peşmanlıq hissi yaşatmayacaq qərarlar verəsiniz.

Oğlaq
Oğlaqlar özlərinə kənardan baxsalar yaxşı olar. Ulduzlar idmanla məşğul olmağı tövsiyə edirlər. Yoxsa sonuc sizi kədərləndirəcək.

Məhəbbət. Yaxınlarınız sevgilinizlə olan münasibətinizə qarışmağı özlərinə borc biləcək. Onlara çox bel bağlamayın.
Gəlir. İş həyatınız fəal və kifayət qədər qənaətbəxş keçəcək. Tələsik qərarlar verməyin. Maaş artımı gözlənilir.

Dolça
Dolçalar bu ay çoxlu səhvlər buraxacaqlar. Əvvəllər zövqünüzün sevə-sevə qəbul etdiklərinə indi laqeydliklə yanaşacaqsınız. Yenilik axtarışında olacaqsınız.

Məhəbbət. Sizə yalnız yüngül flirt kimi görünən əlaqə ciddi mərhələyə keçəcək. Ayrılsanız da hisslər sizi bir-birinizə sürükləyəcək.

Gəlir. Karyerada uğurlarınız olacaq. İşinizin əsl liderinə çevriləcəksiniz. Biznes fəaliyyətinizi gerçəkləşdirə bilərsiniz.

Balıqlar
Bu ay Balıqların bəxti hər bir işdə gətirəcək. Əgər qanlarını hər hansı bir olay qaraltsa, sonda yenə də onlar istəyən nəticə olacaq.

Məhəbbət. Ümid sizi tərk etməyəcək. Gedəcəyiniz hər bir yerdə yarınızı axtaracaqsınız. Tapdıqda isə çalışın yumşaqlıq göstərəsiniz.

Gəlir. İşlə əlaqəli heç bir probleminiz olmayacaq. Vəziyyət sizin xeyrinizədir. Gözəl nəticələr əldə edə biləcəksiniz.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...