Bürclər payızda nə vəd edir?

Bürclər payızda nə vəd edir?Qoç - Əgər Qoçlar sentyabr ayında qorxu və özünəgüvənsizliklərini aşa bilsələr, çox şeyə nail olacaqlar. Sizə təklif olunan hər bir şeydən dərhal imtina etməyin, müsbət və mənfi tərəfləri düşünün.
Məhəbbət: Şəxsi həyatda, hələ ki, yeni ciddi tanışlıqlar gözlənilmir. Tanışlıq olsa belə, yeni bitmiş əlaqəni xatırlatdığı üçün sizi cəlb etməyəcək.
Gəlir: Maddi baxımdan sentyabr uğurlu hesab edilə bilməz. Qənaət etməli olacaqsınız, yalnız üçüncü dekada sizə rahatlıq gətirəcək.

Buğa - Yenilik arxasınca qaçmayın. Ola bilsin ki, həyatınızda sizə ağırlıq gətirən nəyləsə sağollaşacaqsınız. Və bu zaman elə onun sizin həyatınızda önəmli olduğunu anlayacaqsınız.
Məhəbbət: Bu ay münasibətlərdə ciddi bir şey gözlənilmir. Ola bilər ayın axırına münasibətdə dominant olduğunuzu sübut etmək üçün balaca bir qalmaqal yaradasınız. Səbirli olun.
Gəlir: İş həyatında ambisiyalardan uzaq durmalısınız. Rəhbərliklə münaqişəyə girmək və ya başqaları ilə rəhbərliyin arxasınca danışmaq məsləhət görülmür.

Əkizlər - Sentyabr ayı Əkizlər üçün revanş ayıdır. Siz bu ayın favoritisiniz. Hər bir qanqaralıqdan alnıaçıq çıxacaqsınız.
Məhəbbət: Müxtəlif dəyişikliklər olacaq. Küsülü sevgililər barışacaqlar. Ailələrdə müsbətə doğru hadisələr baş verəcək.
Gəlir: Rəhbərliklə münasibəti düzəltmək şansınız var. İş yerinizi daha sərfəli işlə dəyişə biləcəksiniz.

Xərçəng - Bu ay Xərçənglər anlayacaqlar ki, illərlə düzüb-qoşduqları həyat sxemi artıq işləmir. Sadəcə olaraq. bu sxemlərdən mükəmməlini hazırlamaq lazımdır.
Məhəbbət: Tənha Xərçənglərin bu ay sevgidə bəxti gətirəcək. Amma çalışmalısınız ki, bu hisslər haqqında kimsə bilməsin.
Gəlir: Professional mühitiniz qənaətbəxşdir. Karyerada irəliləmə şansınız çox böyük olacaq.

Şir - Çalışın görünüşünüz danışığınıza uyğun olsun. Çox zaman bu tandemin pozulması üzündən bəzi məsələlər istədiyiniz kimi alınmır.
Məhəbbət: Sevgi üçün uğurlu aydır. Amma ulduzlar tələsik qərar verməmənizi tövsiyə edir.
Gəlir: İş həyatında kifayət qədər ağır dövr olacaq. Hadisələrə dərhal cavab verməzdən öncə intuisiyanıza qulaq asın.

Qız - Hər şeydən ehtiyatlanmağı buraxın. Bütün cəsarətinizi toplayın və ətrafa baxın, həyat o qədər də cansıxıcı deyil.
Məhəbbət: Şəxsi həyatınızda sakitlik və harmoniya hökm sürür. Tənha Qızlar yeni tanışlıqlar quracaqlar.
Gəlir: İş həyatınızda hər şey yerindədir. Yeni təkliflər ola bilər. Amma siz sevdiyiniz işin arxasınca gedin.

Tərəzi - Tərəzilər üçün bu ay əsas qanun novator fikirlərdən yan qaçmalarıdır. Yadınızda saxlayın ki, bütün yeniliklər unudulmuş köhnəliklərdir.
Məhəbbət: Sentyabr ayı yeni tanışlıqlar və romantik görüşlər üçün əlverişlidir. Yeni tanışlığınız sizə qarşılıqlı eşq yaşadacaq.
Gəlir: Siz professional mühitdə hər şeyi asanlıqla əldə etməyə öyrənmisiniz. Amma sentyabrda rahatlanmayın. Çətinliklər gözlənilir.

Əqrəb - Əqrəblər xəyallarda yaşayırlar. Əlbəttə, reallıqla barışmaq çətindir. Eybi yoxdur, dostlarınız sizi reallığa qaytaracaqlar.
Məhəbbət: Romantik hisslər yenilənəcək. Hər şeyi yaşayacaqsınız: qabların sındırılmasından tutmuş ən romantik öpüşədək.
Gəlir: Rəhbərliklə sizi narahat edən bütün məsələləri müzakirə etmək üçün yaxşı şansdır. Utanmayın, maaş artımı və ya vəzifə yüksəlişi xahiş edə bilərsiniz.

Oxatan - Oxatanlar yeni keçid yüksəlişi yaşayacaqlar. Bu yüksəliş həm sosial, həm də mənəvi ola bilər. Ətrafdakılar hiss etməsələr də, özləri bunu yaxşı anlayacaqlar.
Məhəbbət: Bu ay Oxatanlar münasibətlərdə üzüyumşaq olacaqlar. Xoşlarına gəlməsə belə, ailədə bəzi işlərdə yardımçı olacaqlar.
Gəlir: Yaxınlarınızın məsləhətinə ehtiyacınız olacaq. Çalışın peşmanlıq hissi yaşatmayacaq qərarlar verəsiniz.

Oğlaq - Oğlaqlar özlərinə kənardan baxsalar, yaxşı olar. Ulduzlar idmanla məşğul olmağı tövsiyə edirlər. Yoxsa sonuc sizi kədərləndirəcək.
Məhəbbət: Yaxınlarınız sevgilinizlə olan münasibətinizə qarışmağı özlərinə borc biləcək. Onlara çox bel bağlamayın.
Gəlir: İş həyatınız fəal və kifayət qədər qənaətbəxş keçəcək. Tələsik qərarlar verməyin. Maaş artımı gözlənilir.

Dolça Dolçalar bu ay çoxlu səhvlər buraxacaqlar. Əvvəllər zövqünüzün sevə-sevə qəbul etdiklərinə indi laqeydliklə yanaşacaqsınız. Yenilik axtarışında olacaqsınız.
Məhəbbət: Sizə yalnız yüngül flirt kimi görünən əlaqə ciddi mərhələyə keçəcək. Ayrılsanız da, hisslər sizi bir-birinizə sürükləyəcək.
Gəlir: Karyerada uğurlarınız olacaq. İşinizin əsl liderinə çevriləcəksiniz. Biznes fəaliyyətinizi gerçəkləşdirə bilərsiniz.

Balıqlar - Bu ay Balıqların bəxti hər bir işdə gətirəcək. Əgər qanlarını hər hansı bir olay qaraltsa, sonda yenə də onlar istəyən nəticə olacaq.
Məhəbbət: Ümid sizi tərk etməyəcək. Gedəcəyiniz hər bir yerdə yarınızı axtaracaqsınız. Tapdıqda isə çalışın yumşaqlıq göstərəsiniz.
Gəlir: İşlə əlaqəli heç bir probleminiz olmayacaq. Vəziyyət sizin xeyrinizədir. Gözəl nəticələr əldə edə biləcəksiniz.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...