Çoxdandır mənə fahişə demirlər AFORİZM

Çoxdandır mənə fahişə demirlər AFORİZMFaina Ranevskaya çoxları üçün “Karlson qayıdır” cizgi filmindəki ev tərbiyəçisi ilə assosiasiya olunur. Çoxumuz bu qəhrəmanı onun səsi ilə tanımışıq. Faina Ranevskaya əlavə replikaları ilə ikinci dərəcəli rolların əsl müəllifi olub. Hazırcavablığı ilə fərqlənən aktrisanın yumoristik aforizmləri şəxsiyyəti haqqında oxucuya çox şey deyir.
Kulis Faina Ranevskayanın aforizmlərini təqdim edir:

- Mən yumurta kimiyəm: iştirak edirəm, amma qarışmıram.
- Qurbağayla evlənirsən, qurbağa tilsimi sındırıb şahzadə olur - bu, nağıldır. Şahzadəylə evlənirsən, qurbağa çıxır. Bu isə, əzizim, həyatdır...
- Bütün ömrü boyu butterfli üslubunda unitazda üzdüm.
- Mən vağzaldakı köhnə palma kimiyəm; heç kimə lazım deyiləm, amma çıxarıb tullamağa da adamın heyfi gəlir.
- Ən rəngbərəng, gözəl tovuz quşu lələyinin altında da adi quş dalı var. Ona görə, cənablar, pafosu saxlayın!
- Mən aktrisa üçün oynamaq sözümü qəbul etmirəm. Kart oynamaq, dama oynamaq, cıdır yarışında oynamaq olar. Səhnədə yaşamaq lazımdır.
- Siz bilirsiniz, kinoda çəkilmək nə deməkdir? Təsəvvür edin ki, hamamda çimirsiz və orada bir dəstə adam ekskursiya keçir.
- Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.
- Sklerozu müalicə etmək olmur, amma skleroz olduğunu unutmaq olur.
- Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.
- Lesbiyanlıq, homoseksualizm, mazoxizm, sadizm – bunlar pozğunluq deyil. Pozğunluq buzun üstündə balet, otun üstündə xokkey oynamaqdır.
- Bədbəxtliyə bax... Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.
- Bu filmə dördüncü dəfədir ki, baxıram. Deyim ki, bu gün əla oynadınız.
- Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?
- Uğur qazanmaq üçün qadında iki keyfiyyət olmalıdır. Bir: axmaq kişilərin xoşuna gəlmək üçün kifayət qədər ağıllı olmaq. İki: ağıllı kişilərin xoşuna gəlmək üçün kifayət qədər axmaq olmaq.
- Tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir.
- Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın.
- Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.
- Optimizm informasiya çatışmazlığıdır.
- Pis filmə çəkilmək əbədiyyətə tüpürcək atmaqdır.
- Uşaq birinci sinifdən tənhalıq elmini öyrənməlidir.
- Tənhalıq odur ki, evdə telefon ola-ola “budilnik” zəng çalır.

Mənbə: Mir.Az

Şərhlər 3

  1. Chelsea Wallace
    Chelsea Wallace - 20 may 2017 08:17
    This is a comment to the Çoxdandır mənə fahişə demirlər AFORİZM » Xəbərlər Wsemir webmaster. Your website is missing out on at least 300 visitors per day. Our traffic system will dramatically increase your traffic to your website: - We offer 500 free targeted visitors during our free trial period and we offer up to 30,000 targeted visitors per month. Hope this helps :) Unsubscribe here: http://www.arvut.org/1/eCV
  2. Elisa Brown
    Elisa Brown - 19 aprel 2017 01:25
    I came to your Çoxdandır mənə fahişə demirlər AFORİZM » Xəbərlər Wsemir page and noticed you could have a lot more traffic. I have found that the key to running a website is making sure the visitors you are getting are interested in your subject matter. There is a company that you can get traffic from and they let you try it for free. I managed to get over 500 targeted visitors to day to my website. Visit them today: http://tdil.co/3p
  3. Efsane Memmedova
    Efsane Memmedova - 27 aprel 2015 22:11
    burda bezi aforizmler sadece gozlerimi yasartdi. recourse cox kovreldim. hamsi olmasada amma iclerinde cox beyendiyim gozel aforimzler vardi heyata dair. cox beyendim movzunu. Tesekkur edirem movzuya gore
    --------------------
    Ozunu cox oyme heyat...Vaxt gelecek senide terk edecem :(
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...