» » » Bürclər mayda nə vəd edir?

Bürclər mayda nə vəd edir?

by Celal Mir / 01 05 2013 09:54 / Baxış: 5557


Qoç
Qoçlar işdən baş açmaq istəyəcəklər və buna haqları çatır. Bu ay dost və qohumlarınıza baş çəkmək üçün bəzi səfərlər edəcəksiniz. Öz avtoritetinizlə yaxınlarınıza təzyiq göstərməyin. Həyati təcrübəyə təkcə siz malik deyilsiniz, onların da deməyə sözü var. 

Buğa
İşdə kolleqanızı ört-basdır etdiyinizdən problemləriniz yaranacaq. Tezliklə səbr kasanız dolacaq, həm işçilərinizdən, həm də yaxınlarınızdan daha çox məsuliyyət tələb edəcəksiniz. Şəxsi həyatda da problemlər var, daimi qənaət sizi özünüzdən çıxaracaq. 

Əkizlər
Bu ay işləriniz çox olacaq, ezamiyyətə getməyiniz gözlənilir. Gücünüz tükənəcək, ancaq problemlərinizi həll edəcək bir insan peyda olacaq. Ailənizlə birgə vaxt keçirmək üçün planlar qurmayın, sizin iştirak etmək imkanınız olmayacaq, həyat yoldaşınız da sizdən inciyəcək. 

Xərçəng
Bu ay yeni hobbi ilə məşğul olacaq, sevgilinizi də buna cəlb edəcəksiniz. Birgə keçirdiyiniz vaxt sizə ikinci bal ayı kimi görünəcək. Bu ay əlinizə külli miqdarda pul düşəcək, onu gəlirli sahəyə yatıracaqsınız. Sağlamlığınızla bağlı kiçik problemlər gözlənilir. 

Şir
Gəlirli şirkətə işə düzələcəksiniz. Ancaq razılaşmaya tələsməyin, şirkət tezliklə iflasa uğrayacaq və siz əvvəlki işinizə qayıtmalı olacaqsınız. Tənha Şirlər həyatında böyük rol oynayacaq insanla qarşılaşacaqlar. Ailəlilər isə boş vaxtlarını evdə keçirsələr yaxşıdır. 

Qız
Çətinliklərdən qorxmayın, onların öhdəsindən gələcəksiniz. Beş ildən çox ailə həyatı quran Qızların şəxsi həyatında hər şey normal olacaq. Əgər yeni ailə həyatı qurmusunuzsa, problemlər gözlənilir. Öz vərdişlərinizi partnyorunuza diqtə etməyin. Günəşdə çox gəzməyin, axşamlar təmiz havada gəzməyə üstünlük verin. 

Tərəzi
Bir neçə işlə eyni anda məşğul olursunuz, özünüzü yükləməyin, tezliklə həyata marağınız itəcək. Ailə üzvlərinizlə daha çox vaxt keçirin, onlar sizin üçün darıxıblar. İşdə öz ideyalarınızı təklif etməkdən çəkinməyin, gələn ayın sonuna doğru sizi irəliləyiş gözləyir. 

Əqrəb
Bu ay ezamiyyətə getmək təklifi gələcək, lakin razılaşmayın, çünki iş yerinizdə yalnız sizin görə biləcəyiniz işlər ortaya çıxacaq və sizi geri çağıracaqlar. Əsəbinizi sevdiyiniz insanın üstünə tökməyin. Bilin ki, sizi çox sevirlər və sizə kömək etmək istəyirlər. Qohumlarınızla dava edəcəksiniz. 

Oxatan
Bu ay işləriniz çox olacaq. Sizə elə gəlir ki, işinizin özdəsindən yalnız siz gələ bilərsiniz. Bu belə deyil. Sizə kömək edə biləcək iş yoldaşınız var. Ancaq o utandığından sizə yardım təklifini etmir, ilk addımı siz atın. Ailənizi dağıtmaq istəyən insan var, provokasiyalara getməyin. 

Oğlaq
Bu ay ailədə artım olacaq, daha dəqiq iki ildən çox evli olanlarda. Boşanan Oğlaqlar ailə quracaqları şəxslə tanış olacaqlar. Əgər çox tələbkar olmasanız, payızın sonuna toyunuz ola bilər. Rəqibləriniz sizi mövqenizdən salmağa çalışacaqlar, şirkətinizə yeni gələnlərə çox inanmayın. 

Dolça
Gücünüz tükənəcək. Son bir neçə il istirahətsiz işləyirsiniz, belə davam edə bilməz. Sizi hər cəhətdən qane edən işinizi itirəcəyinizdən ehtiyatlanırsınız. Sizə həqiqətən dincəlmək lazımdır. Ən çətin situasiyalardan belə çıxış yolu var. 

Balıqlar
Qohumlarınızla çox vaxt keçirəcəksiniz. Uzaq yerdə yaşayan yaxınınıza baş çəkmək sizə böyük zövq verəcək, odur ki, belə səfərdən imtina etməyin. Yazın gəlişi ilə yeni insanlarla tanış olacaqsınız. Bu ay şəxsi həyatınıza dair düzgün qərar verəcək və axtardığınız şəxsi tapacaqsınız.