facebook connect Daxil ol
Sayta Daxil ol

At ilində bürcləri nə gözləyir?

18-12-2013, 14:28
Baxış: 2202
Şərhlər: 0
Çap et
At ilində bürcləri nə gözləyir?

Qoç

Əgər bu vaxta qədər yalnız maliyyə problemləri, ailə-məişət çətinliklərini aradan qaldırmaq barədə düşünürdünüzsə, 2014-cü ildə karyeranı yüksəltmək, vətənpərvərlik, yaradıcılıq, valideyn və övlada məhəbbət daha çox diqqət mərkəzində olacaq. Sevgi münasibətləri isə öz ixtiyarınıza veriləcək. İlin ilk ayında əksər sahələr bürcünüz üçün o qədər də səmərəli olmayacaq. Göstərilən ərəfədə daxili orqanlarınızla bağlı problemlərlə üzləşəcəksiniz. Bu səbəbdən də vaxtında tədbir görməlisiniz. 2014-cü ildə biliyinizi artırmaq, istedadlı insanlardan təcrübə toplamaq istiqamətində konkret addımlar atmalısınız. Novruz ərəfəsində şəxsi büdcənizi qənaətlə xərcləyin ki, sonrakı iki ayda gözlənilən maliyyə böhranından qurtula biləsiniz. Ümumi yanaşsaq, ilin birinci yarısı sizin üçün qənaətbəxş olacaq. Əgər boş məsrəflərə pul xərcləməsəniz, ciddi narahatçılığınız olmayacaq. İyuldan sonra ciddi seçim qarşısında qalacağınız güman olunur. Gələcəyiniz çıxardığınız qərarlardan birbaşa asılı olduğu üçün dəfələrlə götür-qoy etməyiniz lazım gələcək. Avqustun ortalarından isə bu vaxta qədər gizli fəaliyyət göstərən düşmənləriniz üzə çıxacaq. Həmin müddətdə rəqibinizi konkretləşdirdiyiniz üçün mübarizəniz effektli olacaq. Əgər riskdən qorxmasanız, cəsarətli addımlar atsanız, qələbəyə daha tez yetişəcəksiniz.

Buğa

Hamıdan fərqli olaraq siz 2014-cü ilin gəlişindən daha çox şeylər gözləyirsiniz. Çünki ötən il kifayət qədər çətinliklə rastlaşmısınız. Ələlxüsus da dost və doğmalarınızla aranızda ciddi soyuqluq, fəaliyyət sahəsində yaranmış problemlər, şəxsi büdcənizi tənzimləmək üçün etdiyiniz cəhdlərin tez-tez boşa çıxması İlan ilinə olan etimadınızı azaldıb. Buna baxmayaraq ilin elə ilk həftələrində qarşınıza çıxan şanslardan yararlanmalısınız. Hər şeydən əvvəl köhnə planları, nə vaxtdan bəri daxilinizdə cövlan edən layihələri reallaşdırmağa çalışın. Əgər martın ortalarına qədər bu istiqamətdə məqsədinizə yetişsəniz, ilin qalan 8 ayını şad və xürrəm tərzdə başa vuracaqsınız. Aprel ayının ortalarında rastlaşdığınız adamların şəxsi həyatınızda olduqca böyük rolu olacaq. Bunun üçün ilk növbədə təşəbbüskarlıq öz tərəfinizdən olmalıdır. Bir sözlə, müttəfiqlərə səmimiyyətinizi göstərə bilsəniz, onlar karyerada yüksəlişinizə və maliyyə uğurlarınıza təminatçı olacaqlar. Yeganə çətinliyiniz avqustda olacaq. Yaxşı olar ki, göstərilən müddətdə əsas diqqətinizi səfərlərə və istirahətə yönəldəsiniz. Payızda isə böyük sınaqlarla baş-başa qalacaqsınız. Yenə də hər şey özünüzdən, çıxardığınız qərarlardan, gəldiyiniz nəticələrdən asılı olacaq. Həyatın aparıcı amili olan sevgi məsələsində isə vəziyyət qənaətbəxş olmalıdır.

Əkizlər

2014-cü ilin ilk 6 ayı ərzində insanlarla münasibətinizdə, eləcə də dünyagörüşünüzdə mənfi fəsadlar nəzərə çarpacaq. Amma çətin olsa da, qarşınızda duran məqsədlərə yetişə biləcəksiniz. Astrologiya elminə görə bürcünüz informasiya toplamaqda mahirdir. Ulduzların düzümü Novruz bayramından may ayının ilk həftəsinə qədər olan müddətdə daha ehtiyatlı olmağınızı məsləhət görür. Deyilən ərəfədə rəqibləriniz kifayət qədər güclənəcək və məğlubiyyətinizə nail olmaq üçün canfəşanlıq göstərəcəklər. Gərəkdir ki, yeni və ciddi işlərdən uzaq olasınız. At ili bürcünüzə zamanla ayaqlaşmağı, etikanı qorumağı və daha çox təcrübi işlərlə məşğul olmanızı təlqin edəcək. Əgər bu ənənəyə sadiq qalmasanız, iyunun sonuna qədər çətinliklə baş-başa qalacaqsınız. İş barədə özünüzü aldatmağa, boş-boşuna vaxt itirməyə son qoymalısınız. Əgər hər şeydən əliniz üzülsə, yalnız məhəbbətdən yapışın. Çünki, bu il başlıca xilas amiliniz məhz sevgi olacaq. İlin birinci yarısında maliyyə durumunuz aşağı səviyyədə olsa da, payıza doğru müsbət dönüş əldə edəcəksiniz. Ümumiyyətlə, sentyabrın sonlarından başlayaraq tale üzünüzə güləcək.

Xərçəng

Astroloji göstəricilərdən hiss olunur ki, ötən il bir neçə mühüm işə başlasanız da onların əksəriyyəti yarımçıq qalıb. Bu baxımdan qarşılamaqda olduğunuz 2014-cü il sizin üçün çox məhsuldar dövr olacaq. Yanvar-mart aralığında bəzi cəhdləriniz boşa çıxsa belə, yeni müttəfiqlər qazanmağınızdan razı qalacaqsınız. Məhz göstərilən üç ayda karyeraya yüksələn “kəsə yolu” tapacaqsınız. Aprelin ortalarından etibarən şəxsi büdcənizi tənzimləməkdə heç bir maneə ilə rastlaşmayacaqsınız. Göstərdiyimiz zaman kəsiyində böyük biznesə girişmək, perspektivli maliyyə sövdələşmələrinə başlamaq üçün neçə-neçə şans qazanacaqsınız. Yay aylarında ailə-sevgi münasibətləriniz mənfi müstəviyə istiqamət götürə bilər. Ola bilsin ki, bəzi bədxahlar sevdiyiniz şəxslə aranızda soyuqluq yaratmaq istəyəcəklər. Dedi-qoduya aludə olmayın. Əgər tövsiyələrimizə əməl etsəniz, qızmar yayda vəziyyətiniz qaydasına düşəcək. Sentyabrın ortalarından başlayaraq istər karyerada, istərsə də biznes fəaliyyətinizdə uğurlarınız artacaq. Noyabrda sağlamlığınızı qoruyun. Həmin zaman kəsiyində spirtli içkilərdən, soyuq qidalardan uzaq olmalısınız. İlin son ayını isə ürəyiniz istəyən tərzdə keçirəcəksiniz.

Şir

At ili sizin üçün itkilərlə başlayacaq. Ümumiyyətlə, qış aylarını olduqca gərgin tərzdə başa vuracaqsınız. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində çoxsaylı problemlərlə rastlaşma ehtimalınız var. Odur ki, Novruza qədər riskli hərəkətlərdən uzaq olmalı, ağlınız kəsməyən işlərdən çəkinməlisiniz. Elə ki mülayim yaz başladı, tale üzünüzə gülməyə başlayacaq. Ötən üç ayda rastlaşdığınız maliyyə problemləri də məhz deyilən ərəfədə yoluna düşməyə başlayacaq. Əgər iştirakçısı olduğunuz situasiyalardan ləyaqətlə çıxa bilsəniz, vəzifə pilləsində ucala da biləcəksiniz. Avqust-oktyabr aralığında isə karyeranızda daha parlaq mənzərə yaranacaq. Həmçinin ailə-sevgi problemləriniz kifayət qədər azalacaq. Bu prosesi daha da sürətləndirmək istəyirsinizsə, davranış və hərəkətlərinizdə ədalətli prinsiplərə söykənməli, kiminsə qəlbini qırmamağa çalışmalısınız. 2014-cü ildə səfərləriniz də çox olacaq. Şəxsi büdcəniz imkan versə, xarici ölkələrə getmək imkanı da qazanacaqsınız. Amma Göy qübbəsi daha çox Vətəndə səyahət etməyi məsləhət görür. İlin ikinci yarısında siyasi dünyagörüşünüz nəzərəçarpacaq dərəcədə yüksələcək. Əgər az da olsa siyasətlə məşğul olursunuzsa, sizi daha böyük uğurlar gözləyir. Ulduzlar səhhətlə bağlı elə bir ciddi probleminizin olmayacağını vurğulayır.

Qız

Ötən dövrlərlə müqayisədə 2014-cü ilə reallığın gözü ilə yanaşmalı, hər bir hadisəni dönə-dönə analiz etməlisiniz. Onu da unutmayın ki, bu il dostlarınız xeyli artdığından mühafizəniz də güclənəcək. Bu səbəbdən də nə qədər ciddi olsa belə, rəqiblərdən qorxmamalısınız. Əksinə, əzmkarlığınızı artırmalı, öz ideyalarınıza yetişmək üçün qətiyyət göstərməlisiniz. Belə etsəniz, may ayından başlayaraq fəaliyyətinzdə əsaslı dönüş yaranacaq. Daha əvvəlki dövrlərdəki kimi aldanmayacaq, öz potensialınızı göstərə biləcəksiniz. At sizdə mistik inancları da artıracaq. Bu baxımdan İslami qaydalara riayət edəcəyiniz gözlənilir: namaza başlamaq, müqəddəs pirlərimizi ziyarət etmək, digər ayinlərə həvəs göstərmək və s. Yeni ildə üzərinizə düşən başlıca vəzifə səbir nümayiş etdirməkdən ibarətdir. Ulduzlar yazqabağı və payızın ortalarında səhhətinizə diqqət yetirməyinizi tövsiyyə edir. Həmişəki kimi laqeydlik göstərsəniz, həkimə düşməyiniz qaçılmaz olacaq. İyunun sonlarından başlayaraq ailə-sevgi münasibətləriniz ideal səviyyəyə çatacaq. Evlənmək üçünsə oktyabr-dekabr aralığını seçməyiniz məsləhətdir.

Tərəzi

Proqnozlarınızın tərtibatında istifadə etdiyimiz bütün mənbələrdə göstərilir ki, martın ortalarına qədər əksər sahələrdə ağır sınaqlarla baş-başa qalacaqsınız. Belə deyək ki, həmin üç ayda sanki “cənnət darvazası” önündə bədxah adamlarla cəngə girəcəksiniz. Odur ki, özünüzdə təpər tapıb rəqiblər üzərində qələbə çalmağa hazır olmalısınız. Qalan məsələlərlə işiniz yoxdur. Ən azı ona görə ki, sonrakı müddətdə Göylər sizi hifz edəcək. Aprelin əvvəllərində tərəfdarlarınız güclənəcək və onlar çox işlərdə sizə dəstək verəcəklər. Ötən ilin noyabrından rastlaşdığınız problemləri də məhz həmin dövrdən etibarən qaydasına salacaqsınız. Bir amili də unutmayın ki, 2014-cü il evli “Tərəzi”lər üçün çətin, subaylar üçünsə şən keçəcək. Amma ehtiyatlı olmaq lazımdır ki, may-iyun aylarında xəyanətə tuş gəlməyəsiniz. Ümumiyyətlə, yaz ərəfəsində təkcə sevgilinizlə deyil, doğmalarınızla, qohumlarınızla, qonşu və həmkarlarınızla da mülayim davranış nümayiş etdirməli, isti münasibət göstərməlisiniz. Ulduzlar avqusta uğurlu bir sövdələşmənin iştirakçısı olacağınızı bəyan edir. Hətta bu danışıqların gələcəyinizə parlaq təsir göstərəcəyi də qaçılmazdır. Amma gərək öz problemlərinizə göz yumub başqaları haqqında düşünməyəsiniz. Əvvəl özünüzə əncam çəkin ki, imkanınız olsun və sizi narahat edən şəxslərə də əl tutasınız. Səfər və yeni işlərə gəlincə, bu, yalnız avqust ayında uğurlu ola bilər. Orqanizminizdə cüzi şəkildə mövcud olan qara ciyər, qan dövranı və duzlaşma problemlərini nəzərə almasaq, il boyu səhhətinizdən şikayət etməyəcəksiniz.

Əqrəb

Bu il baş verən hadisələr o qədər zəngin və sürətlə hərəkət edəcək ki, Atın nə vaxt ötüb keçdiyini bilməyəcəksiniz. Yanvar ayında fəaliyyət dairənizi genişləndirmək istiqamətində etdiyiniz cəhdlər boşa çıxsa da, ruhdan düşməyə lüzum yoxdur. Çünki vaxtı yetişməmiş işlərə tələsik yanaşmaq yalnız zərərinizə ola bilər. Buna baxmayaraq fevralın ikinci yarısından başlayaraq müştərək biznes sahəsində çoxsaylı uğurlarınız olacaq. Hətta nəticə sizi qane etdiyindən paralel fəaliyyətə də həvəs göstərəcəksiniz. Amma bu ehtimala lüzum yoxdur. Çünki ilin birinci yarısında təkbaşına hansısa karyeraya yetişməyiniz inandırıcı deyil.

Atın himayədarlıq etdiyi dövr bürcünüzün dinə-imana gəlməsində əhəmiyyətli rol oynayacaq. Hətta qatı ateist olsanız da, bu aralıqda Tanrıya xoş gələn hərəkətlər edəcək, dini ayinlərə hörmətlə yanaşacaqsınız. Bu il qazancınız artsa belə, bir qədər qənaətcil olmağınız vacibdir. Şəxsi büdcənizi qorumaqsa başlıca vəzifənizə çevrilməlidir. Çalışın ki, sevgi məsələlərində amansızlığa, eqoistliyə son qoyasınız. Əks təqdirdə uzun müddət başağrısına mübtəla olacaqsınız. Eyni zamanda mart, iyul və oktyabrda ciddi rəqiblərlə rastlaşma ehtimalınız var. Nəzərə alın ki, 2014-cü ilin himayədarı sizin planet -Marsdır. Deməli, hamıdan enerjili məhz siz olmalısınız.

Oxatan

Atın hakim olduğu dövr şəxsi həyatınızda ən keşməkeşli ərəfə olacaq. Necə deyərlər, oddan-alovdan keçəcəksiniz. Nəticənin uğurlu olacağını düşünüb bəri başdan bu kimi sınaqlara baş qoşmamalısınız. Əks təqdirdə nail olduğunuz çox şeyi itirə bilərsiniz. Söylədiyimiz amillər daha çox ilin birinci yarısında baş verəcək. Təxminən avqustun sonundan başlayaraq itirdiklərinizi tapacaq, yarımçıq qalan işlərinizi bərpa edəcəksiniz. Bu istiqamətdə keçmiş şöhrətiniz də köməyinizə yetəcək. Təəssüf ki, dost sarıdan yenə də narahatçılıqla üzləşəcəksiniz. Hətta bu xoşagəlməzliyin ailə-sevgi münasibətlərinizə də mənfi təsir göstərməsi mümkündür. Bu səbəbdən də sevginizi qorumalısınız. Evlənmək istəyənlərsə, aprel-oktyabr aralığından istifadə etməlidir. Səhhətinizlə bağlı problemlərə gəlincə, bildirək ki, bu il ayağında yel olan “Oxatan”lar daha ehtiyatlı olmalıdır. Bundan başqa xroniki xəstəliklər, qan dövranının normal tənzimlənməməsi sizi narahat edə bilər. Yeni ildə bürcünüzün üzərinə düşən başlıca vəzifə keçmişə aludə olmamaq, insanlara olan mənəvi borclarınızı qaytarmaqdır. Borc deyən kimi yada pul düşdüyündən gəlin, ulduzların bu istiqamətdə verdiyi proqnozlara nəzər salaq. Unutmamalısınız ki, qazanmaq üçün ən uğurlu dövrünüz aprel, avqust və dekabr olacaq. Bizneslə məşğul olanlar isə ən ideal ərəfə yaşayacaqlar.

Oğlaq

İlk öncə nəzərinizə çatdıraq ki, bu il qəlbinizə yaxın olan adamlar əksər məsələlərdə sizə yardımçı olacaq. Dostlarla, qohum-qardaşla, o cümlədən qonşu və həmkarlarınızla aranızda yaranmış soyuqluq aprel ayından başlayaraq qaydasına düşəcək. Münasibətləri tənzimləmək məsuliyyəti öz üzərinizə düşdüyündən ilkin addımı da özünüz atmalısınız. İndi münaqişəli situasiyalara cəlb olunmaq vaxtı deyil. Çünki At ilinin birinci yarısında işlərinizi necə qursanız, sonrakı müddətdə də elə o cür davam edəcək. Ulduzlar yazın sonlarında ciddi səhvlərə yol verəcəyinizdən narahatdır. Çalışmaq lazımdır ki, ətrafınızda olan hər kəsə inanmayasınız. Daha çox yalandan uzaq olmalısınız. Bunu bacarsanız, sentyabrdan etibarən nəzərdə tutduğunuz ideyaların əksəriyyəti reallaşacaq və daxili təlatümləriniz səngiyəcək. İlin sevgi amili isə əsasən özünüzdən asılı olacaq. Əgər mülayim və nəzakətli olsanız, rəğbət qazanacaq, əksinə olsa, küsüşmələr prosesi başlayacaq. Bu il sizə çoxlarının işi düşəcək. Bacardığınız qədər onlara kömək göstərin ki, rəğbət qazanasınız. 2014 yaradıcı “Oğlaq”lar üçün daha uğurlu il olacaq. Maliyyə durumunuz qənaətbəxş olmasa da, kisəniz boş qalmayacaq. İş yerini dəyişmək planlarınızı isə təxirə salın. Çünki başqa işə keçsəniz, vəzifə pilləsində yüksəlməyəcəksiniz. Səhhətinizə gəlincə, bilməlisiniz ki, 2014-cü ildə sümüklərinizi, mədə-bağırsağınızı və qan-damar sisteminizi qorumalısınız.

Sutökən

Şaxtalı yanvar və ilk dekadası (1-10) çoxsaylı çətinliklərlə üzləşsəniz də, ruhdan düşməyinizə lüzum yoxdur. Əksinə, hər bir mübarizədə əzmkarlıq göstərməklə qarşınızı kəsən maneələri dəf etməyə çalışmalısınız. Ötən dövrlərlə müqayisədə 2014-cü il ətrafınızda olan insanların sizi anlamağına zəmin yaradacaq. Artıq onlar sizi yüngülbeyin, zəif dünyagörüşlü, səthi düşüncəyə malik adlandırmayacaq, fikirlərinizlə həmrəy olacaqlar. Bu səbəbdən də dostlarınız da artacaq. Mart-oktyabr aralığı isə bürcünüz üçün ən ideal ərəfə olacaq. Karyerada yüksəliş, maddi durumun yüksək səviyyəyə çatması, yeni və etibarlı dostlar, o cümlədən mənəvi rahatlıq həmin müddətdə sizi məmnun edəcək. Evlənmək və yeni işlərə başlamaq üçün də şanslar qazanacaqsınız. Rəqibləriniz xeyli zəifləyəcək, dünyaya baxışlarınız dəyişəcək. Yeni sevgi məcaralarına isə çox da aludə olmayın. İlin son iki ayı müəyyən qədər gərgin fonla müşayiət olunsa da, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzlikləri dəf edə biləcəksiniz. O ki qaldı sağlıq durumunuza, bu istiqamətdə At sizi kifayət qədər qoruyacaq. Özünüzü yalnız soyuqdan qorumaqla kifayətlənməlisiniz.

Balıqlar

İlin birinci yarısında doğmalarınızla, ələlxüsus da kiçikyaşlılarla bağlı problemləriniz, o cümlədən, yaxın dostlarınızla münaqişələriniz gözlənilir. Bunun qarşısını almaq üçün mülayim davranmalı, məntiqli çıxışlar etməli, ətrafda baş verən prosesləri düşüncəli şəkildə analiz etməlisiniz. Əks təqdirdə çoxsaylı çətinlikləriniz olacaq. Mayın əvvəllərinə qədər iş yerini dəyişmək, xarici ölkələrə səfər etmək, o cümlədən, riskli addımlar atmaq fikrindən daşınmağınız vacibdir. İyundan ilin sonuna qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyəti həyata keçəcək. Bu sıraya ailə qurmaq, məşhurlaşmaq, vəzifə pilləsində yüsəlmək, həmçinin nüfuzu artırmaq kimi amillər aiddir. Ulduzlar təvəqqe edir ki, ünsiyyətdə olduğunuz hər kəslə mülayim davranın. Çünki bu il kiminləsə konfliktə girməkdənsə, daha ideal planları icra etmək daha məqsədəuyğundur. Astroloji göstəricilər sağlıq durumunuzun aprel, sentyabr və dekabr aylarında problemli olacağını göstərməkdədir. Odur ki, bəri başdan bu istiqamətdə tədbirli olmağınız məsləhət görülür. Fevraldan başlayaraq maddi durumunuz ikiqat-üçqat səviyyədə artacaq. Amma özünüz də aktivliyinizi artırıb qazanmaq istiqamətində canfəşanlıq göstərməlisiniz. / WseMir.CoM
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir. Qeydiyatdan keçmək üçün Saytın yuxarı sağ küncündə Facebook buttonuna daxil olaraq öz facebbok hesabınızla bir neçə saniyyəyə saytın tam hüquqlu istifadəçisi olacaqsınız
Xəbər haqqında şərh yaz
Sizin adınız: *
E-mail: adresiniz *
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Şəkil Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi