MirNews Xəbər portalına dəstək üçün aşağıdakı linkə tıklayın. Öncədən təşəkkür edirik

20 oktyabr bu günün hava proqnozu

Efrail Zeynalov / 20 oktyabr 2013 01:52 / Baxış: 912 / Ordan Burdan » Hava /
20 oktyabr bu günün hava proqnozu

Wsemir.Com AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 15-17°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək.
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcək.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 3° -5°, gündüz 5-8° isti olacağı ehtimalı var.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq.
Temperatur gecə 10-15°, gündüz 15-20° isti olacaq.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 12-15°, gündüz 15-20° isti, dağlarda gecə 5-7°, gündüz 7-9° isti olacaq..

WEB TV