Qeydiyyat Giriş
Sayta Daxil ol

Nazirlikdən hava ilə bağlı - XƏBƏRDARLIQ

2-12-2013, 15:40
Müəllif: reksane
Baxış: 202
Çap et
Nazirlikdən hava ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.


Hər gün bir dəfə aşağıdakı reklama daxil olaraq saytımıza dəstək olmağınız xahiş olunur
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir.