Hazır olun! Dollarla bağlı elə bir qərar veriləcək ki...

 Hazır olun! Dollarla bağlı elə bir qərar veriləcək ki...

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Cümə günü Çikaqoda etdiyi çıxışında, iqtisadiyyatın gözlənildiyi kimi yolunda getməsi vəziyyətində Mart ayında faizləri artırmağın uyğun olacağını söyləyib.



Fed sədri, faizlərin mərhələli artırılacağını bildirib. Fed rəsmilərinin iqtisadiyyatda sabit inkişaf gözləntilərinin əlavə faiz artırımları üçün əsas yaratdığını bildirən Yellen, bu il ərzində neçə dəfə faiz artırılacağına dair ipucu verməyib.

Fed rəsmiləri, 2017-ci il ərzində 3 dəfə faiz artırılacağı proqnozunu vermişdilər.

Yellen çıxışında, işə qəbulların sağlam olduğunu və iqtisadi mənzərənin təşviqedici olduğunu deyib. Fed sədri, gələcək mərhələli faiz artırımlarının iqtisadiyyatın çox qızmasının qarşısını almaq məqsədilə ediləcəyini bildirib.

Yellen, ölkə xaricindən gələn risklərin "bir qədər geri çəkilmiş" olduğunu qeyd edib.

Qeyd edək ki, Fed-in növbəti toplantısı 14-15 Mart tarixlərində baş tutacaq və toplantıdan sonra faiz qərarını açıqlayacaqdır. Adətən, Fed faiz artıran dövrlərdə Dollar güclənir, neft ucuzlaşır. Bu il Fed ən azı 3 dəfə faiz artırarsa Dollar daha da güclənə və neft ucuzlaşa bilər. Bu vəziyyət Azərbaycan daxil inkişaf etməkdə olan ölkələr üçün yaxşı deyil.

Mənbə: Big.az

Şərhlər 1

  1. Namuslu Aile Heyati
    Namuslu Aile Heyati - 19 mart 2017 22:54
    Dollari Azerbaycanda qaldiran peyserdiasdasdasdas
    dollar qalxarsa
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...