Dollarla bağlı ŞAD XƏBƏR; Dövlətin müdaxiləsi kursu ucuzlaşdıracaq

Dollarla bağlı ŞAD XƏBƏR; Dövlətin müdaxiləsi kursu ucuzlaşdıracaq

Sentyabr ayının 8-də Neft Fondu və Mərkəzi Bank vasitəsilə hərraca 300 milyon dollar çıxarılması dollarla bağlı yaranan ajiotajı nisbətən sakitləşdirəcək. Bunu WSEMIR.COM-a açıqlamasında ekspert Cəfər İbrahimli bildirib.




Onun sözlərinə görə, son hərrac bankların dollara tələbatının 600 milyon dollar olmadığını göstərdi.Hərraca çıxarılan məbləğ demək olar ki, bankların tələbinə yaxındır.Ekspert bildirib ki, hərraca daha böyük məbləğin çıxarılması bayramqabağı vəziyyəti stabilləşdirəcək. Banklar dollar satışı bərpa edəcək və limitləri aradan qaldırılacaq.Bundan əlavə,banklar alış-satış spredini artıracaqlar. Belə ki, son günlər alış-satış spredi 1%-ə qədər azalmışdı.İndi isə dolların alış qiyməti 1.65 manat, satışı 1.70-1.71 manat arasında dəyişəcək.


C.İbrahimli hesab edir ki, bankların dollar satışını bərpa etməsi "qara bazar”dakı məzənnəyə də ciddi təsir göstərəcək:”Artıq dolları 1.83 manata satmaq mümkün olmayacaq. Belə ki, müştərilər artıq bankdan istənilən məbləğdə xarici valyuta ala biləcək”. Nəticədə "qara bazar”da da məzənnənin bankların satış qiymətinə yaxın olacağı gözlənilir- 1.72-1.73 manat.


Ekspert hesab edib ki, bankların dollar tələbatının böyük hissəsini qarşılaması sentyabr ayının sonuna kimi xarici valyuta satışı ilə bağlı vəziyyəti stabil olaraq saxlayacaq.

Mənbə: Reportyor.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...