facebook connect Daxil ol
Sayta Daxil ol

Sevgi 7

25-01-2013, 14:19
Bölmə: ---
Baxış: 5231
Şərhlər: 0
Çap et

 

 

 Sevgi

 

Sevirəm səni

 

Sevgi

 


Sevirəm səni ! Deyim niyə ? Hər səhər duranda sənin adın gəlir dilimə !
Hər düşünüb xəyallara dalanda , sənin xəyalın gəlir gözümün önünə..
Hardasa gözel bir musiqi dinləyənda elə bilirəmki sanki bizimçün ifa olunur həmin musiqi ! Gecə yatanda səhər əlini tutmaq ümidi ilə yatıram.Gece yuxuma gələcəyini bilərək yatıram.Səhər sənə qovuşmaq diləyi ilə yatıram.
Gülüşünü sevirəm.
Sən güləndə elə bilki bütün dünyanı mənə hədiyyə verirlər.
Səni sən olduğun üçün sevirəm.
Sənsiz yaşaya bilmərəm.
Çünki sən mənim sevdiyimsən.
Yalnız qalmağımı sevirəm ama.
Niyə mi ?
Çünki yalnız qalanda yalnızlıqda səni xatırladır mənə !
Səni xatırlatdığı üçün Sənsizliyidə sevirem !
Bilməlisənki hər an yanımdasan.Səni hiss etməyim,görməyim üçün səni bir anlıq düşünməm bəs edir mənimçün.
Səni sevirem!
Niyə mi ,
Bir tək sən öyrətdin mənə, Sevgi uğruna göz yaşı tökməyi !
Canından keçməyi ...

 

 

 

 

Sevgi


İntiqam

 

Sevgi

 


Məni qovdun !
Bir heç kimi  bir əşya kimi ! Heçnə yaşanmamış kimi həm qəlbindən , həm yanından !
Heç vaxt inanmazdım ki, bu günə düşəcəm.Mən , inandığım , dəyər verdiyim biri tərərfindən qovulacam.
Ürəyim ağrıyır.Canım acıyır ....
Amma bunlardan sənin xəbərin olmayacaq.Mənə vurduğun bu son zərbə ən güclüsü oldu.
Artıq bu ürəyi istəsəndə geri qaytara bilməyəcəksən!
Bir insanın könlünü almaq çox çətindir.Onun qəlbini sındırmaq isə olduqca asandır.Sən bunu bacardın.Mənim qəlb evimi viran etdin!
Zaman keçdikcə sənə qarşı hisslərim nifrətlə əvəzlənir.Bu gün yaşayıramsa,bu səninlə yeni bir həyat , başlanğıc düşündüyüm anlamına gəlməz . Sadəcə İntiqam almaq istəyirəm ! 
İndi gedirəm ! Ama gün gələcək mən geri dönəcəm !
İnan mənə , dönüşüm , intiqamım çox acımasız olacaq !!!

 

 

 

 

Sevgi

 


Boş ümid

 

 

 

Sevgi


Bir gün saat 7-də dayanacaqda bir qızla tanış oldum.Yaxınlaşdım qıza , bir aydan çoxdurki onu izlədiyimi ama curət edib yaxınlaşa bilmədiyimi , bu defe isə artıq ona sevgimi bildirmək istədiyimi dedim . Cavab məni çox təəcübləndirdi.Qiz yox dəmədi və sanki bir ümid verdi mənə! Bundan sonra sanki bütün həyatım dəyişdi.9 ay ərzində günü gündən ona qarşı olan hislərim böyüyür , qarşı tərəfdən isə əksinə ciddi və qti bir addım yox idi ! 
Günlərin bir günü isə öyrəndim ki , əslində bu xanım başqa birisini istəyir ! Həmin oğlan Mescidlərimizdən birində Molla işləyir ! Düzdü peşənin ele bir əhəmiyyəti yoxdur hal-hazırda , sadəcə olaraq qeyd edirəm. Bunu öyrənən anda yaşadığım hissləri sözlə ifadə edə bilmirəm! Sadəcə , insanın aqlına qəribə fikirlər gəlir . Axı mən o insana və ya ümumiyyətla başqa birisinə nə pislik etmişdimki , bu qiz mənə boş ümidlər verməkdə davam edirdi . Hec cürə başa düşə bilmirdim . Özündən öyrənməyə çalışdıqda isə , qeyri adi heç bir kəlimə duymadım ! "Sadəcə sənin ürəkli hərəkətin qarşısında qeyri qəbul cavab vermək istəmədim” – bu sözlərdən sonra isə deyiləsi heç bir sözüm qalamdı ! İnsan duyğularıyla oynamaq ç bir kəlimə söz demək qədər asanmış !
Heyifki, ömrümün azda olsa bir hissəsini kimisə böyük ümidlərlə gözləyərək keçirmişəm!
Dəyməzmiş ...

 

 

 

 

 

Sevgi

 

 


Bir ayrılıq hekayəsi ...

 

 

 

Sevgi


Öncə susacaqsan qarşımda ! Heç danışmayacaqsan !
Yalnız küləklər danışacaq bizimlə , səssiz və bir sükut içində vaxt gəlib keçəcək.
Sonra çıxıb gedəcəksən səbəbsizcə , arxaya belə baxmadan !
Gürurumuda alıb aparacaqsan , əzilmiş duyğularımıda!
İtəcəksən gözümün qabağından,gedəcəksən gedəcəksən ...
Eynində ilk görüşdə geyindiyim libasım olacaq və cibimdə sənə yazdığım bütün şerlər ,
Sonra başın aşağı
Sonra günahkar 
Sonra param-parça gedecəksən ...
Ağlamayacaqsan nədənsə ...
Yavaş-yavaş silinəcəksən və son ayrılığımız belə olacaq ! 
Görməyəcəm uzun bir müddət səni ,
Unutmuş olacaq bu ürək səni !
Çixmayacaqsan daha küçə başında qarşıma!
Bütün xatirələri silib atacaqsan ...
Həyat pilləkanlarını mənsiz , tək , tənha , yalqız çıxacaqsan !
Və vaxt gələcəkki mütləq deyecəksən :
"Belə oldu bizim sevgimizin sonu ...”

 

 

 

Sevgi    Sevgi 

/ WseMir.CoM
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir. Qeydiyatdan keçmək üçün Saytın yuxarı sağ küncündə Facebook buttonuna daxil olaraq öz facebbok hesabınızla bir neçə saniyyəyə saytın tam hüquqlu istifadəçisi olacaqsınız
Xəbər haqqında şərh yaz
Sizin adınız: *
E-mail: adresiniz *
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Şəkil Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi